Hindistanda 12 ildə bir dəfə çiçəklənən gül

Qərbi və Şərqi Qat dağ ətəklərində və Hindistanın bir neçə digər yerlərində nadir təbiət hadisəsinin şahidi olmaq mümkündür.
Belə ki, burada neelakurinci adlı bitki çiçəklənib.

Bu güllər 12 ildə bir dəfə çiçəklənir.
1838-ci ildən bu günə qədər güllərin çiçəklənməsini 15 dəfə müşahidə etmək mümkün olub.
Alimlər bildirirlər ki, son 40 il ərzində bitkinin yetişdiyi ərazi 66 faiz azalıb.
Buna əsas səbəb kimi insan faktoru və iqlim dəyişikliyi göstərilir.
Mənbə. maide.az