Fin testi – psixoloji test

Sizə Finlyandiyada istifadə olunan bir psixoloji testi təqdim etmək istəyirəm. Bu dövlətdə işə qəbuldan tutmuş, əsgərliyə çağırışa qədər bu testi geniş istifadə edirlər. Testin məqəsdi insanların psixoloji problemlərini öyrənmək və onalra uyğun işlərin seçilməsidir. Testin ideyası çox sadədir: Yoxlanılan şəxs vərəqə baxır oradakı dairələrin içindəki rəqəmləri deyir. Əgər o bütün rəqəmləri görürsə deməli sağlamdır. Yox əgər bir neçəsində görmürsə deməli onun gözündə problem var (Yəni daltonizm-rəng korluğu). Testin şəkili və dairələrdəki rəqəmləri görməmə zamanı hansı problemlərin olduğunu aşağıda görə bilərsiniz.

I dairədəki rəqəmi görmürsünüzsə – Sizdə yüksək aqressiya və konfliktə meyllilik var.

II dairədəki rəqəmi görmürsünüzsə – Əqli inkişafda probleminiz var.

III dairədəki rəqəmi görmürsünüzsə – Hasterimarqiya (acgözlük)

IV dairədəki rəqəmi görmürsünüzsə – Sadizm əlamətləri

V dairədəki rəqəmi görmürsünüzsə – Gizli Homoseksualizm Əlamətləri

VI dairədəki rəqəmi görmürsünüzsə – Şizofreniya

 

Məndə testin cavabları var. Kim istəsə soruşub gördüyü rəqəmləri yoxlaya bilər.

Freddie — nin göstərdiyi şəkil falsifikasiyadır. Yəni əslində bu bir zarafat idi və bu zarafatın baş tutması üçün bir neçə nəfərin bu zarafatdan xəbəri olmalı idi. amma təəsüf ki, heç kəsin xəbəri olmadısa bu baş tutmayan zarafatdı. Sadəcə olaraq xəbər verdiyim insanlar müəyyən problemlər üzündən mən dediklərimi edə bilmədilər. 5-ci xanada heç bir rəqəm yoxdur. Bu zarafatı hər yerdə H.K. Andersenin “Çılpaq Kral” nağılı ilə eyniləşdirirlər. Yəni bir nəfər özünü pis etməmək üçün orda nə isə gördüyünü deyir və qalanları da məcburən (yenə də qonşudan qalma dala prinsipi ilə) onların da orda eyni şeyi gördüklərini deyirlər. Və sonda aydın olur ki, heç kəs homoseksual deyil amma əksəriyyəti yalan danışmaya meyllidir. Ümüdvaram ki, bu baş tutmayan zarafatımdan incimədiniz.

Bu Yazı Kayzen azın maraqlı sualından sonra çıxdı Və uğurlu alımayan maraqlı sual oldu