Tutuquşularının Danışma Xüsusiyyətləri və Jako

Bəzi heyvanlar və xüsusi ilə də quşlar insanlar kimi səslər çıxararaq sözləri təkrar etsələr də, əslində bu sadəcə bir təkrardır və düşüncəli şəkildə reallaşmır. Yəni, insanlar danışdığında fikir ilk olaraq beyində ortaya çıxır və daha sonra dil və dodaqlar vasitəsi ilə ifadə edilir. Ancaq quşların bu bacarığı olmadığından onlar danışa bilməz və sadəcə səsləri təkrar edərlər. Bu səsləri təkrar edəbilmə xüsusiyyətinə görə ən bacarıqlısı tutuquşulardır (popuqaylar).

Tutuqşular ilk dəfə Avropaya Böyük İskəndər tərəfindən Hindistandan gətirilmişdir. Ancaq səsləri təkrar edəbilmə xüsusiyyətinə görə daha bacarıqlı olan Afrika tutuquşu növləri 19-cu əsrdə Avstraliyadan Avropaya gətirilmişlər. Bu quş növləri arasında ən bacarıqlısı isə Jako (boz tutuquşular), Amazon tutuquşularıdır.

Jako tutuquşularının ortalama olaraq 40-50 və bəzən də 80 ilə qədəq yaşadığı məlumdur. Avstraliyadakı Jako tutuquşusu əzbərləmiş olduğu 1000 söz xəzinəsi sayəsində rekordlar kitabına düşmüşdür. Canlı yaxşı əhliləşdirildiyində söz xəzinəsini rahatlıqla artırıraq hətta qarşılıqlı dioloq halında da ola bilir. Bu tutuquşularının rəngi boz quyruqları isə qırmızı ya da tünd qırmızı rəngli olur. Eyni zamanda bu quş növü nəslinin tükənmə ehtimalı olan canlı kimi 2007-ci ildən qeydiyyata alınmışdır. Sözü edilən quş növü 1994-2003-cü illər ərzində 350 min ədədlə ən çox ixrac edilən heyvan növü olmuşdur.

Mənbə. bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.