Futbol Tarixində Fərqli 9 Oyunçu Nömrəsi

Bildiyimiz kimi 11 nəfərdən ibarət olan futbol komandalarında futbolçu geyimlərinin arxasında yazılan nömrələr adətən 1-dən 99-a qədər olan nömrələrdən seçilir. Bununla bərabər, 1 nömrəsini də əksər hallarda qapıçılarda görməyə adət etmişik. Ancaq, futbol tarixində fərqli mənzərələrin olduğunu da görmək mümkündür. Bunlardan bəziləri aşağıdakı kimidir.

Edgar Davids-Məşhur Hollandiyalı futbolçu karyerasının sonlarına doğru Barnette kulubunda həm menecerlik etmiş, həm də oyunçu olmuşdur. Yəqin ki, həm ad sanından, həm də tutduğu vəzifəsindən istifadə edən Davids 1 nömrəni qapıçı Graham Stackdan almışdır.

William Gallas- Adətən müdaifədə çıxış edən oyunçuların 2,3,4,5 kimi nömrələri geyindiyinə şahid olsaq da, Gallas Arsenal futbol kulubunun unudulmaz oyunçusu Denis Berkampın boşda qalan nömrəsini (10) geyinməyə başlamışdır.


Lizarazu- Fransız futbolçu Bayern Münihdə çıxış edərkən əvvəlki forma nömrəsini dəyişərək 69 geyinməyə başlamışdır. Futbolçu bunu 1969-cu ildə anadan olması, 169 sm boyunda olması və 69 kq olması ilə əlaqələndirmişdir.

İvan Zamarano- İnter (Milan) kulubunda 1996-2001-ci illərdə çıxış etdiyi zaman Brazilyalı Ronaldonun 9 nömrədə olmasından dolayı məsələni 1+8 şəklində  (=9) həll etmişdir.

Hicham Zerouali- Mərakeşli futbolçu çox nadir hallarda rast gəlinən bir qərar verərək “0” nömrəsi ilə çıxış etmişdir. O bunu adındakı sıfır (zero) kəliməsi ilə əlaqələndirmişdir.

Ronaldinho- Məşhur futbolçu Milan kulubunda çıxış edərkən 10 nömrəli formanın Seedorfda olmasından dolayı 80 nömrəli formanı geyinmək məcburiyyətində qalmışdır.

Ronaldo- Əfsanəvi futbolçu Milan kulubuna transfer olan zaman, 9 nömrəli formanın İnzagidə olmasından dolayı 99 nömrə ilə oynamaq qərarına gəlmişdir. Bu zamana qədər Ronalda bütün kulub və milli komandada 9 nömrəsi ilə çıxış etmişdir.

Diego Reyes- Meksikalı futbolçu milli komandadakı ilk oyununa 134 nömrəli forma ilə çıxmış və bu qərarını həmin rəqəmin onun üçün uğurlu olması ilə əlaqələndirmişdir.

Mənbə. bilgibazarı.com