“Picasso”nu Anlamaq

Pablo Picasso (25 oktyabr 1881 – 8 aprel 1973) ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri olmuşdur. Tam adı isə Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso-dur

Aşağıda gördüyümüz rəsm Picassonun 1957-ci ildə çəkdiyi 58 ayrı hissədən ibarət olan Las Meninaskolleksiyasındandır.

Rəsmə ilk baxışda bir şey anlamaq çox çətindir. Ümumilikdə Piccason-un bütün əsərlərində rəssamın nə söyləmək istədiyini anlamaq və mülahizə etmək heç də  asan iş deyil.

İkinci şəkil isə rəssam Diego Velazquez-e aid ‘Las Meninas‘ tablodur.

Rəsmlərə diqqətli baxanda Picasso ya aid olan birinci şəklin Diego Valazquez-in şəkilidən ilham alaraq yaratıldığı aşkardır. Çünki, rəsmdə istifadə edilən elementlər əslində eynidir, yalnızca rəssam öz izahını verərək yeni əsər meydana gətirmişdir.

 

Kolleksiyanın digər rəsmlərindən bəziləri isə bunlardır:

Aşağıdakı rəsmdə isə Picassonun  Edouard Manet-in əsərini yenidən öz xətti ilə yaratdığını görürük.

Son söz olaraq; həyatda heç bir şey Velazquez-in və ya  Manet-in rəsmləri qədər diqqət cəlb edici və aydın deyil. Həyatın həqiqətləri bizə Picasso-nun rəsmlərindəki kimi dəyişilmiş formada görsənir. Picasso-nun rəsminə baxıb Velazquez-i və ya  Manet-i görə bilənlərin həyatda müvəffəqiyyətli olacağını, digərlərinin isə kubik formalara baxaraq səhv mənalar çıxarıb gerçəklərdən uzaq qalacağını söyləyə bilərik.

Mənbə. bilgibazarı.com