Salvador Dalí – “The Persistence of Memory”

İspan sənətkar Salvador Dalí (11 May 1904 -23 Yanvar 1989) sürrealist rəssamların ilk nümayəndəsi olmuşdur. “La Persistencia de La Memoria”  Yaddaşın Daimiliyi (1931) adlanan bu əsər isə rasionallığa qarşı çıxmağı ilə diqqəti cəlb etmiş və bir çox rok qrupunun albom şəkli üçün ilham mənbəyi olmuşdur.

Klassik əsərlərdə gördüyümüz klassik rəmzləri şərh etmək çox çətin olmasa da müasir dövrə aid bu əsərdəki simvollar çox fərqli istiqamətdə və fərqli şəkildə şərh edilmişdir. Bir çox şərhə görə  Dali bu rəsmi o dövrdə gündəmdə olan Eynşteynin Nisbilik Nəzəriyyəsini “Theory of Relativity” əsas alaraq yaratdığını bildirir. Bunun nə dərəcədə doğru olduğu mübahisəli məsələdir. Dali bu əsərini tam olaraq açıqlamasa da ona ilham verən şeyin isti Avqust ayında günəş şüaları altında əriyən Fransız pendiri olduğunu söyləmişdir. İstidə əriyən pendirin görünüşü, Dali-nin getdikcə artan baş ağrısı və psixi vəziyəti ilə birləşərək ona bir qarabasma yaşadır. Bu yaşadığı qarabasmanın təsiri ilə şəkildəki əriyən saatları hazırlamağa qərar verir.

Əsərin arxa fonundakı qayalıqlar həqiqəti və sonsuzluğu vurğulayarkən qabaq fondakı əriyən saatlar zamanın kainatın bu həqiqət və sonsuzluq qarşısında necə süni bir anlayış olaraq qaldığını vurğulayır. Rəsmdə sükut hökm sürür. Sularının durğunluğu da bunu bizə göstərir.

Ortada ilk baxışda görə bilmədiyimiz  diqqətli baxdıqda isə görünən insan üzünün ümumiyyətlə Dali-nin öz üzü olduğu iddia edilir. Gözü bağlı və yuxu halında olan bu fiqur sözü keçən bu qarabasmanı ifadə edə bilər.

Şəkilin dərhal sol alt küncündə olan saat üzərindəki qarışqalar və əriyən saat üzərində görülən ağcaqanad, çürümə və yox olmağı simvollaşdırır. Şəkildəki tək bitki olan zeytun ağacı Dalí’nin çox əsərində istifadə etdiyi, mənası dinclik, ümid və yaxşılaşma simvolu olsa da bu şəkildə qurumuş olaraq çəkilib və bu ağac isə ölümə işarə etməkdədir.

Mənbə. bilgibazarı.com götürülmüş maraqlı məqalədi