Arılar Nə Üçün Sancdıqdan Sonra Ölür?

Dünyanın ən dəyərli və mükəmməl yaradılmış canlılarından olan arıların eyni zamanda verdiyi faydaları ilə bərabər bəzi xoşagəlməz tərəfləri də var. Təbii ki, arı sancmasını nəzrdə tuturuq. Bu sancmanın

qorxuducu olmasının səbəbi onun hücrələri parçalayaraq ağrıya vəbədəndə şişkinliyə səbəb olmasıdır. Arı sancması eyni zamanda insan qanında toksinləri təmizləyən xüsusiyyətə dəmalikdir. Qan axımında yavaşlama yaradabilən bu zəhər həm də mesaj daşıma xüsusiyyətinə malikdir. Bir arı sancarkən eyni zamanda ətrafındakı arılara “müharibə halındayam-gəl” kimi müsajlar da göndərər.

Əgər arılar özlərini müdafiə məqsədi ilə digər canlıları sancırlarsa o zaman nə üçün ölürlər?

Əslində arıların hər biri sancdıqdan sonra ölmür və bu onun nəyi sancdığı ilə əlaqəlidir. Digər bir sözlə arıların inyəsi tikanlıdır və bu tikanlar bəzən yapışa bilir. Məsələn, insan dərisi sərt və eyni zamanda tikanlı arı iynəsi üçün yapışqan olduğundan sancan arı iynəsini geri çəkəbilmir. Nəticədə iynəsinin arxa tərəfini zədələyən arı yaşayabilməyərək ölür (şəkildə diqqət edin). Yəni sancdıqdan sonra ölüm arıların bioloji halı ilə əlaqəli deyil və onlar asanlıqla bir böcəyi sancaraq yenidən yaşamlarına davam edə bilərlər.

Mənbə. bilgibazarı.com  və earthsky.org

Əlavə məlumat. Miqrenin müalicəsi dünyada yalnız Azərbaycandadır(müsahibə)

Bir Cevap Yazın

Your email address will not be published.