Dünyanın Ən Böyük Faciəsi, Çernobil (Video)

 

Çernobil, Belarus sərhədinə yaxın, Ukraynanın şimalında Kiyev bölgəsinə bağlı şəhərdir. Əsl adı Pripiyat olan şəhər, 1986-cı ildə “Çernobil radioaktiv qəzası” səbəbi ilə boşaldılmışdır. Çernobil faciəsi 26 aprel 1986 tarixində baş vermişdir. 4 nömrəli reaktor partlamışdır. Bu hadisə, istilik sınağı zamanı

olmuşdur. Pripiyat şəhərində bir insan 4 gün qalsa ölə bilər. İnsan bədəni ən çox 400 Rentgen şüaya (köhnə radiasiya ölçü vahidi) tab gətirə bilir. Atmosferdə hər gün yarım Rentgen şüaya məruz qalırıq. 1972-də Ukraynadakı (O dövr SSR-nin bir hissəsi idi) Kiyevin 140 km şimalında qurulan Çernobil Nüvə Mərkəzlərində baş verən və hər biri 1000 meqavat (MW) gücündə dörd reaktordakı texniki səhvlərə görə reaktorlardan birində təhlükəsizlik sisteminin dövriyədən çıxması zamanı təcrübə aparılması qəzaya yol açdı.

26 aprel 1986 günü İsveçin paytaxtı Stokholmdakı “Formsak Nüvə Mərkəzi”ndəki işçilər də, stansiyadakı cihazlarda tərs gedən bir şeylər olduğunu hiss etdi! Radioaktivlik ölçü cihazları həyəcan verirdi! Danimarka və Finlandiyada isə radiasiya dərəcələri normadan 6-10 qat çox idi. Əvvəl problemin öz stansiyalarından qaynaqlandığını düşündülər. Lakin, izlədikləri istiqamət onları şərqə, Ukraynaya apardı.


Qəzanın ertəsi gün “Qırmızı Ordu”nun gənc əsgərlərinə komandirləri tərəfindən bir əmr verildi: “Ya Çernobil Nüvə Mərkəzi ətrafını iki dəqiqədə təmizləyəcəksiniz, ya da, Əfqanıstanda iki il döyüşəcəksiniz!” Əmri alan əsgərlərdən bu gün neçəsinin həyatda olduğu məlum deyil!
Pripiyatda 150 min adam evini tərk etdi. Bir il sonra, 1987-ci ildə radiasiya səviyyəsi hələ çox yüksək olmasına baxmayaraq “babuşkalar” (yaşlı qadınlar) birinci dərəcəli qadağan olunmuş bölgəyə geri döndü.

Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə “ölüm bulud”unun yerdə qalan hissəsini küləklər cənuba “sürükləmişdi”. Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Fəlakətin üzərindən 30 il keçmiş olmasına baxmayaraq insan sağlamlığı baxımından hələ ciddi təhlükələr daşıyan bölgədə yüzlərlə kənddə məskunlaşma qadağandır.

Çernobil partlayışı

Cernobil faciası necə yarandı

Mənbə.bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.