Fidel Castro haqqında nə bilirik?

Fidel CASTRO Kuba dövlət başçısı. 1926-ci ildə Biran yaxınlığında anadan olub. İspan immiqrantı bir torpaq sahibi olan Angel Castro Argizin aşbazı Lina Ruzdan doğulan qeyri qanuni (nikahdan kənar) uşağıdır. Ölkəsində sosializmi qurma işlərinin yanında, Afrika və Latın Amerika ölkələrindəki sosialist hərəkətlərə dəstək verdi.
Təhsilini Havana Universitetində alıb və hüquq doktoru olaraq məzun olub. 1947-ci ildə Dominikan Respublikasına qarşı müvəffəqiyyətsizliklə nəticələnən hərəkatda adı keçdi. 26 İyul 1953-cü ildə Santiagodakı Moncadoya uğursuz bir basqın təşkil etdi. Həbs olunaraq, Santiago da Kuba Ali Məhkəməsində mühakimə olundu. Məhkəmədə günahkar sayılaraq on beş ilə məhkum edildi. Juventud Adasında müəyyən bir
müddət həbs yatdıqdan sonra, geri qalan cəzası əhv edilərək 1955-ci ildə sərbəst buraxıldı.

1955-ci ildə Kubadan ayrılaraq Meksikaya keçdi. Burada yeni bir təşkilat qurdu. 1956-ci ildə Kubaya girişilən hərəkat müvəffəqiyyətsizliklə nəticələnincə, qardaşı Raul və Ernesto Che Gueveranın da olduğu bir qrup yoldaşlarıyla birlikdə Sierra Maestra Dağlarına çəkildi. Artıq başlatdığı partizan hərəkatı, digər şəhərlərdəki direnişçilərlə birləşərək olduqca gücləndi. Dövlət Başçısı Batista, 1 yanvar 1959-da Dominikan Respublikasına qaçınca, Castro və tərəfdarları, 1959-ci ilin əvvəllərində Havanaya girdi. Özü prezidentliyə, Manuel Uritia Leo isə, dövlət başçılığına gətirildi. Castro hökuməti geniş əhatəli torpaq islahatına başladı. Torpaqlarının ictimailəşdirilməsindən zərər görən ABŞ şirkətlərinin təzyiqi yarandı. ABŞ hökuməti Kubaya qarşı iqtisadi embarqo tətbiqinə başladı. Castro, şəkər qarşılığında Sovetlər Birliyindən aldığı xam nefti, ABŞ şirkətlərinin əlindəki zavodlarda işlədə bilmədi. Bunun üzərinə bütün zavodları dövlətləşdirdi. Bu vəziyyət onsuz da soyuq olan ABŞ-Kuba əlaqələrini yaxşıca pozdu. 1961-ci ilin aprel ayında ABŞ, Castronu devirmək üçün Kubaya qarşı “Donuzlar Körfəzi hərəkatı”nı (Bay of Pigs) etdi. Lakin CIA tərəfindən təşkil edilən bu hərəkat müvəffəqiyyətsizliklə nəticələndi.

Castro, 1 May 1961-ci ildə Kubanı “Sosialist Respublika” elan etdi. Özünü tamamilə Kommunist Partiyasına və Sovetlər Birliyinə söykədi. 1962-ci ildə Kubaya Sovet quruluşu nüvə başlıqlı raketlər yerləşdirməsi səbəbiylə ABŞ və Rusiyanı döyüşə yaxınlaşdırdı.

Castro, 1975-ci ildə Anqola Xalq Qurtuluş Cəbhəsinə, buna nəzərən Efiopiya və digər ölkələrə Kubalı əsgərlər göndərərək inqilabçı hərəkatlara qatıldı. Dekabr 1979-cu ildə Rusiyanın Əfqanıstanın işğalını dəstəkləyənlərdən biri olan Castro, 7 fevral 1986-cı ildə Kuba, Kommunist Partiyasının üçüncü konqresində edilən seçkidə partiyanın birinci katibliyinə yenidən seçildi. Partiyanın ikinci katibliyinə, qardaşı Raul Castro gətirildi (1992).
Castro 25 noyabır 2016 da vəfat etdi.
Mənbə. bilgibazari.com məqaləsindən götürülmüşdür

Bir Cevap Yazın

Your email address will not be published.