Kinoteatrlara cərimə xəbərdarlığı

Nazirliyin 2016-cı il fevral xəbərdarlığında isə deyilir ki, Azərbaycanda subtitri olmayan filmlər qeydiyyata alınmayacaq, eləcə də subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimə olunacaq, Trend agentliyi yazıb.

Həmin vaxt cənab Şeyxov qeyd edib ki, tərcüməni təmin etmək üçün kinoteatrlarla məsləhət edilib ki, onlar öz distribütorları ilə danışıq aparsınlar.

Park Cinema kinoteatrlar şəbəkəsi mayın 5-dən etibarən xarici filmləri orijinal və ya türk dilində olmaqla, azərbaycanca subtitrlə təqdim edir.

“Ümid edirəm ki, bu, dil baxımından çətinlik çəkənlər üçün bir seçim olacaq. Bizə də maraqlıdır ki, insanların davamiyyəti artsın,” kinoteatrın satış – marketinq şöbəsinin direktoru Musa Axundov BBC Azərbaycancaya bildirib.

Cinema Plus kinoteatrlar şəbəkəsi mayın 1-dən bütün xarici filmlərin azərbaycanca altyazı ilə nümayişinə başlayıb, baş direktor Zaur Darabzadə deyib.

“Həmişə istəmişik ki, filmlər Azərbaycanca təqdim edilsin, bundan sonra da çalışacağıq ki, həmişə subtitrlə təqdim edilsin,” o əlavə edib.

Mənbə. bbc.com

Bir Cevap Yazın

Your email address will not be published.