Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

Bütün xəstəliklərin dərmanı – Məsumların (ə) nəzərində südün faydaları

Süd – o nemətlərdəndir ki, Məsumlarımız (ə) daima ondan istifadə etmiş və bizlərə də tövsiyə etmişdilər.

İmam Sadiq (ə) buyurur: “Boğaz ağrısı üçün süd içmək kimi faydalı bir şey yoxdur”.

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Süd iç ki, həm bədəndə ətin əmələ gəlməsinə səbəb olar və həm də sümükləri möhkəm edər”.

İmam Əli (ə) buyurur: “Süd içmək – ölümdən başqa bütün xəstəliklərin dərmanıdır”.

Səhabələrdən biri nəql edir: “İmam Baqirin (ə) yanında mədə ağrısından şikayət etdim və Həzrət (ə) mənə buyurdu: “Niyə inək südü içmirsən? Heç indiyə qədər inək südü içmisən?”.

Dedim: “Bəli, dəfələrlə içmişəm”.

İmam (ə) buyurdu: “Sənin nəzərinə görə, inək südü necədir?”.

Dedim: “Mənim nəzərimə görə mədəni yuyur, böyrəyin ətrafının piylə örtülməsinə səbəb olur və iştahanı artırır”.

İmam (ə) buyurdu: “Yaxşı olardı ki, Yənbu limanına gedib, inək südündən içərdik”.

İmam Əli (ə) buyurur: “İnək südü – dərmandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah göndərdiyi hər dərdə görə dərman qərar vermişdir və inək südündə bütün dərdlərin dərmanı vardır”. (Beytutə)

Yəhya ibni Abdullah nəql edir: “İmam Sadiqin (ə) yanında olanda bir neçə stəkan gətirdilər. İmam (ə) buyurdu: “Bu, uzunqulaq südüdür ki, onu xəstələrimdən biri üçün almışam. Hər kim istəsə, içə bilər”.

 

/Mənbə. Deyerler.org/

Bir Cevap Yazın

Your email address will not be published.