Daha xoşbəxt olmaq üçün psixoloq məsləhətləri

Daha xoşbəxt olmaq üçün psixoloq məsləhətləri

1-Dostlarınızın yanında özünüzə hörməti artırın.

2-Tez-tez əldə etdiyiniz uğurlarınızı yadınıza salın bunlar kiçik olsa belə.

3-Tez-tez öz-özünüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var.

4-Çalışın yuxunuz gəlmədən yatağa girməyəsiz. Səhər-səhər yerinizdən qalxmazdan əvvəl yaxşı olar ki, yerinizdə o tərəf bu tərəfə dönəsiz.

5-Boş vaxtınız olan kimi istirahət etməyə çalışın-istirahətin növündən asılı olmayaraq (çalışın istirahətiniz maraqlı keçsin).

6-Tez-tez vanna qəbul edin.

7-Yatmazdan əvvəl balla süd içməyə çalışın.

8-Otağınızda müxtəlif rəngli şəkillər və təqvimlər asmağa çalışın.

9-Çalışın açıq rəngli paltarlar geyinin.

10-Əgər imkan varsa evdə it və ya pişik saxlayın.

11-Yaxşı olar ki, hər axşam musiqi dinləyəsiz.

12-Əgər gün ərzində hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısınızsa, onu unutmağa çalışın.

13-Sizin xətrinizə dəyiblərsə, ağlamağa çalışın. Psixoloji tədqiqatlar göstərir ki, kişilərin 73, qadınların isə 85 faizi ağlamaqla yüngülləşə bilər.

14-ən sonda isə ümumi bir ressepti unutmatın: Gün ərzində 30 dəfə “Mən xoşbəxtəm” deyən insan hətta ən pis şəraitdə olsa belə özünü xoşbəxt hesab edir.

Bu məsləhətlər psixologiya elmləri namizədi Rəşid Cabbarova aiddir.

P.S. Təbii ki, bu məsləhət siyahısını artırmaq mümkündür. Əgər faydalı məsləhət bilirsizsə bizimlə bölüşməyinizi istərdim.

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.