Testin nəticəsi Ən dürüst Ölkə

Mübahisəsiz xoşbəxtlik, dürüstük, xoş niyyət kimi xüsusiyyətləri xalqlara görə ayrımaq o qədər də doğru olmazdı. Digər bir sözlə, X millətinin yalançı, Y millətinin isə dürüst olduğunu əminliklə dilə gətirmək ədalətli deyil. Ancaq, tarixdə bir sıra araşdırmalar nəticələrin biri-birindən olduqca fərqləndiyini ortaya qoymuşdur.

Reader’s Digest-in həyata keçirdiyi “portmanat” testində ortaya təəccübləndirici nəticələr çıxmışdır. İnsanların sıx hərəkət etdiyi küçəyə sahibinin adı, ünvanı və telefon nömrəsi qeyd edilmiş protmanat qoyulmuşdur. Eyni zamanda portmanatın içində 50 dollar pulun da olduğunu diqqətə çatdırmaqda fayda var. Məqsəd nə qədər insanın itmiş zənnedilən protmanatı geri qaytarmaq istədiyini ölçmək olmuşdur. Test 16 fərqli ölkədə həyata keçirilmiş və ən dürüst insanların Finlandiyada olduğu, ən saxtakar sakinlərin isə Portiqaliyada yaşadığı nəticəsi ortaya çıxmışdır. Hər ölkədə 12 nəfərə tətbiq edilən testin nəticəsi aşağıdakı kimidir.

  1. Finlandiya, Helnski. 12 portmanatdan 11-i sahibinə geri verilmişdir. (12/11)
  2. Hindistan, Mumbai. 12 portmanatdan 9-u sahibinə geri verilmişdir. (12/9)
  3. Macarıstan, Budapest. 12 portmanatdan 8-i sahibinə geri verilmişdir. (12/8)
  4. ABŞ, New York. 12 portmanatdan 8-i sahibinə geri verilmişdir. (12/8)
  5. Rusia, Moskva. 12 portmanatdan 7-i sahibinə geri verilmişdir. (12/7)
  6. Hollandiya, Amsterdam. 12 portmanatdan 7-i sahibinə geri verilmişdir. (12/7)
  7. Almaniya, Berlin. 12 portmanatdan 6-sı sahibinə geri verilmişdir. (12/6)
  8. Slovenya, Ljubljana.12 portmanatdan 6-sı sahibinə geri verilmişdir. (12/6)
  9. İngiltərə, London. 12 portmanatdan 5-i sahibinə geri verilmişdir. (12/5)
  10. Polşa, Varşava. 12 portmanatdan 5-i sahibinə geri verilmişdir. (12/5)
  11. Ruminya, Buxarest. 12 portmanatdan 4-ü sahibinə geri verilmişdir. (12/4)
  12. Brazilya, Rio De Ranerio. 12 portmanatdan 4-ü sahibinə geri verilmişdir. (12/4)
  13. İsveçrə, Zürix. 12 portmanatdan 4-ü sahibinə geri verilmişdir. (12/4)
  14. Çexya, Praqa. 12 portmanatdan 3-ü sahibinə geri verilmişdir. (12/3)
  15. İspaniya, Madrid. 12 portmanatdan 2-i sahibinə geri verilmişdir. (12/2)
  16. Portuqalya, Lizbon. 12 portmanatdan 1-i sahibinə geri verilmişdir. (12/1)

Diqqət edildikdə portmanatların geri verilməsinin insanların yaşam tərzi ilə o qədər də əlaqəli olmadığını görürük. Məsələn, 7-ci sırada yer alan Almaniya 3-cü sırada olan Macarstandan daha varlı olsa da, Macarstan xalqı protmanatı geri verməyə daha maraqlı olmuşlar. Diqqət çəkən bir digər nöqtə isə, sıralamada son 2 yeri alan İspanya və Portuqalyanın həm mədəniyyət həm də ərazi olaraq biri birinə bənzər olmasıdır. Eyni zamanda Portuqalyada 12 portmanatdan 1-ni geri qaytaran şəxs milliyət olaraq Hollandiyalı olmuşdur.

Mənbə – rd.com və bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.