Bu Ölkənin Yarıdan Çoxu İslam Dininə İnanır

Malayziya, Cənub-Şərqi Asiyada yerləşən bir ölkədir. Malayziya Federasiyasının 11 dövlətinin Sinqapur, Saravak və Sabah (köhnə Şimali Borney)-nun birləşməsi ilə meydana gəlmişdir. Sinqapur 1965-ci ildə federasiyadan ayrılmışdır. Şimalda Tayland, cənubda Sinqapur və İndoneziya ilə qonşudur. Ayrıca qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin dənizinə sahili vardır. Ölkə coğrafi cəhətdən Qərbi Malayziya və Şərqi Malayziya olmaqla, 2 bölgəyə ayrılır. Bu bölgələr də, 10 dövlətə ayrılır.

Cənub-Şərqi Asiyada yerləşir. Hind okeanı ilə Sakit okean arasında, Malay (Kra) Yarımadasının cənub ucu və böyük Bruney adasının şimal bölgəsində 13 əyalətdən meydana gəlmişdir. Tarixi Malayziyanın ilk insanları olan Malayalılar, tarixin ilk dövrlərindən etibarən əsrlərlə Çin, Hindistan, Tayland və Sumatra Adası ərazisində dağınıq bir şəkildə yaşamışlar. VIII əsrdən on üçüncü əsrə qədər İndoneziya sultanlığına tabe olmuşlar, daha sonra bir müddət Hindlilərin işğalı altında qalmışlar. Bir dövlət olaraq tarix səhnəsinə 1400-ci ildə Malay sultanlığını quraraq çıxıblar. Dünya siyasi hadisələrindən bir müddət uzaq yaşayan Malayalılar, çox keçmədən Avropa dövlətlərinin hücumlarına məruz qalaraq zərbə alıb. On ikinci əsrin başlarından etibarən İslamiyyət ilə şərəflənmiş bu millət, bir çox imperialist məmləkətin işğalı altında istiqlal mübarizəsinə başlayıb. İstilaçı qüvvələr, İslama olan düşmənçiliklərini, bu məmləkəti təzyiq altında tutmaq və bir çox İslami əsəri təxrib etmək surətiylə göstərmişlər. Buna qarşılıq birlik və bərabrərliyini davamlı gümrah tutan Malayalılar, istiqlallarını qazandıqları 1957-ci ilə qədər Portuqaliya, Hollandiya, İngiltərə və Yaponiyaya qarşı mübarizələrini davam etdirdilər. Malaya Federasiyasının istiqlalını qazanmasından sonra, Saravak, Sabah və Sinqapurun da, birliyə qatılmasıyla 16 Sentyabr 1963-ci ildə Malayziya Dövləti qurulmuş oldu. Lakin, iki il sonra Sinqapurun federasiyadan ayrılmasıyla, əyalət sayı 13-ə düşdü. Malayziyanın ilk sultanı (Tunku) Abdul Rəhman 1970-ci ildə təqaüdə çıxanda, yerinə (Tun) Abdul Rəzak, sonra (Datuk) Hüseyn min Onn, daha sonra da Hacı Əhməd Şah sultan oldu. Hal-hazırda Sultan Muhübuddin Şah ibni Yusuf Qaferallah ölkənin şahıdır (1993).

Müstəqillik və Sonrası

1961-ci ildə Malayziya baş naziri Əbdürrəhman Cənub-Şərqi Asiyadakı ingilis koloniyalarının bir federasiya halında birləşməsi fikrini ortaya atdı. Bu federasiyaya Malayziya, Sinqapur, Saravak, Sabah və Bruney sultanlıqları qatılacaqdı. Çin, İndoneziya və Filippinin federasiya yaradılması fikrinə maneə törətmə cəhdlərinə baxmayaraq, İngiltərə, Yaponiya, Avstraliya, Yeni Zellandiya və Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə 16 sentyabr 1963-cü ildə yeni federasiya quruldu. Federal dövlətə Bruney sultanlığı xaric adı çəkilən bütün dövlətlər qatıldı. Yeni federasiya Malayziya (Böyük Malayziya) deyə adlandırıldı.Ölke torpaqlarından böyük mənfəəti olan İngiltərə, Federasiyanın müdafiə vəzifəsini öhdəliyə götürdü. Lakin, Çin ilə sülh istəyən axınların ölkə içində güclənməsinin yanında İndoneziyanı dəstəkləyən kütləsi üzündən federasiya çətinliklərlə qarşılaşdı.   Malayziya Federasiyasının konstitusiyası bəzi dəyişikliklər ilə qəbul edilmişdir. Sinqapur 1965-ci ildə Federasiyadan ayrılmışdır.

Coğrafiya

Cənub-Şərqi Asiya ölkələrindən olan Malayziya, şimaldan Tayland, Cənubi Çin dənizi və Bruney, şərqdən Selebes Gölü, cənubdan İndoneziya, Sinqapur və Malakka Boğazı, qərbdən Hind Okeanı ilə bitişik olan Andaman Dəniziylə əhatə olunur. Axar su baxımından olduqca zəngindir. Ən əhəmiyyətli çayları Rejang, Kelantan, Sai Perak və Sai Rompedir. Malayziya torpaqları iki böyük quru parçasıyla, bunların arasındakı Cənubi Çin dənizi içində yer alan adalardan təşkil olunur. İki böyük quru parçası Qərbi Malayziya və Şərqi Malayziyanındır. Qərbi Malayziya bir yarımada şəklindədir və incə bir quru əlaqəsiylə indiki adı Tayland olan Siyama bağlıdır. Şərqi Malayziya, böyük bir qismi İndoneziya hakimiyyətində olan Borney adasının içindədir. Malayziya torpaqlarının 30% -i kənd təsərrüfatı sahəsi, 61%-i meşədir.

Etnik tərkibi

2014-ci ilin məlumatlarına görə Malayziyanın əhalisi 29,901,997 nəfərdir. 1960-ci ildə 8,160,975 nəfər olan Malayziyanın əhalisi, 1970-ci ildə 10,908,634, 1980-ci ildə 13,833,739 və 1990-ci ildə 18,211,097 nəfər olmuşdur. Malayziyanın 2000-ci ilin əhalisi isə 18,211,097 nəfər olaraq qeyd olunmuşdur.

Malayziyanın əhalisi 26,640,000-dur. Bunların 5.44 milyonu Şərqi Malayziya və 21.2 milyonu Qərbi Malayziyada yaşamaqdadır. Malayziyada əhalinin illik artım sürəti 2.4%-dir. 15 yaşın altındakı insan sayı ümumi əhalinin 34%-ni təşkil edir. Xalqın 50.4% -i Malay, 23.7%-i Çinli, 11%-i Yerli, 7.1%-i Hind və 7.8%-i digər etnik qruplardır.

Din

Malayziya sahib olduğu etnik qruplar və mədəniyyətlər qədər din baxımından da, bütün bir ölkə deyil. Malayziyada ən əhəmiyyətli din xalqın yarıdan çoxunun inandığı Müsəlmanlıq olmaqla birlikdə ikinci böyük din Buddizmdir.

İslam: 60.4%,

Buddizm: 19.2%,

Xristianlıq: 9.1%,

Hindu: 6.3%,

Konfüçyüsçülük / Taoizm / Çin dinləri: 2.6%,

Digər (Siqhizm, Şamanizm, Bəhailik, Animizm və s.): 2.4%-dir.

İdarəçilik

Malayziya krallıqla idarə edilən və çox partiyalı demokratik sistemə söykənən bir konfederasiyadır. Konfederasiyanı meydana gətirən federal əyalətlər də, krallıqla idarə olunur. Qərbi Malayziyada olan əyalətlərin krallarından biri dörd illiyinə ümumi kral, yəni “uca başçı” seçilir. Ölkə 31 Avqust 1957-ci ildə qüvvəyə qoyulan konstitusiyayla idarə olunmaqdadır. İki Məclislə bir parlamentli sistem tətbiq olunmaqdadır. Birinci məclis 69, ikinci məclis 180 üzvdən ibarətdir. Bu məclislərin üzvləri sərbəst ümumi seçkilərdə seçilir. Malayziya Birləşmiş Millətlər Təşkilatının, D-8, İslam Konfransı Təşkilatı, Asiya Sakit okean İqtisadi Əməkdaşlıq, İngilis Millətlər Birliyi və Beynəlxalq Valyuta Fondu kimi bir çox beynəlxalq təşkilata üzvdür.

Mənbə. bilgibazarı.com