Hollywood lövhəsinin tarixi

Hollywood lövhəsi. Bir çoxlarımız əslində bu məşhur lövhəni film sektorundan tanımış və filmlə əlaqəli olduğunu düşünürük.  Amma, əslində bu yazı ilk dəfə 1923-cü ildə daşınmaz əmlak şirkəti tərəfindən dağların Hollywooda baxan hissəsində reklam məqsədi ilə yerləşdirilmişdir. İlk əvvəl 13 hərfdən ibarət olan yazı “Hollywoodland” şəklində olmuşdur. Şirkətin sahibi olan Thomas Fisk Goff hər biri 9 metr genişlik və 15 metr uzunluqda olan bu yazını 4000 lampa istifadə edərək 21.000 dollara hazırlatmışdır.

Bəzi qaynaqlarda lövhənin qalıcı olaraq yerləşdirilmədiyi və bu müfəqqəti tarixin 1.5 il nəzərdə tutulduğu deyilməkdədir. Lakin daha sonra bölgədə kino sektorunun inkişafı və bu yazının ağıllarda qalması planları dəyişdirmişdir. Lövhənin rəsmi bərpası 1939-cu ildə sona çatmışdır. Bu ildən sonra yazı sürətli şəkildə məhv olmağa başlamışdır. 1940-cı ildə isə, yazının rəsmi baxıcısı Albert Kohte sərxoş halda dağa dırmanarkən yıxılmış və “H” hərfinə dəyərək onu yerindən tərpətmişdir. Bəzi foto qaynaqlarda bu problemi görmək mümkündür.

1949-cu ildə isə, Hollywood Ticarət Müşavirliyi, los Angles Park Qoruma quruluşu ilə yazının yenidən  bərpa edilməsi haqqında razılıq əldə edir. Amma, Los Angles Park Qoruma quruluşu işıqlandırma məsrəfini Hollywoodland Ticarət Müşavirliyinin ödəməsini istədiyindən razılıq pozulur. Lakin 1949-cu ildə lövhə sadəcə dəmir və taxtadan istifadə edilərək bərpa edilir. Bu dəfə isə, Hollywoodland kəliməsi yerinə Hollywood istifadə edilməyə başlanılır. Amma, yazı tez bir zamanda sıradan çıxır. O hərfinin üst qismi aşınaraq qopur və digər “o” hərfi isə tamamı ilə qoparaq düşür. Nəticədə “Hullyw.od” şəklində bir yazı ortaya çıxır.

1978-ci ildə nəhaət yazı xalqın dəstəyi ilə daha möhkəm olan avstraliya dəmirindən hazırlanır. Eyni zamanda 9 xeyriyəçi hər biri 27.7 min dollar pul ayıraraq toplamda 250.000 dollarlıq büdcə ilə yazını yenidən bərpa edirlər. Yazı 1978-ci ildə Hollywood şəhərinin 75 illiyi münaibəti ilə 60 milyon izləyici qarşısında televizorda yayımlanır.

2005-ci idə isə, yazı Bay Cal adlı reklam şirkəti tərəfindən yenidən ağ rənglə rəngləndirilir. Yenə həmin, 2005 ilində ilk Hollywoodland yazısı bir internet saytında satışa çıxarılır.

Mənbə. bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.