Dünyanın Ən Kiçik 10 Ölkəsi

10. GRENADA – 344 km²

Kariblərdə bir ada dövləti olan Grenada eyni zamanda “Ədviyyatlar Adası” olaraq da tanınır. 1649-1763-cü illərdə Fransızlar tərəfindən koloniyalaşdırılan adada Fransız mədəniyyətinin  təsiri açıq-aydın hiss olunur. Eyni zamanda bura çox məşhur turizm mərkəzlərindən biridir.

 

9. MALTA – 316 km²

Ada dövləti olan Malta Aralıq dənizində yerləşir.Gozo, Comino və Malta adalarında 3 adadan ibarət olan Malta Respublikasının əhalisi 450 minə yaxındır.

8. Maldivlər – 300 km²

Hind okeanında yerləşən Maldivlər Asiya qitəsinin həm ərazi, həm də əhalicə ən kiçik ölkəsidir. Maldivlər 1192 adadan ibarətdir. Ölkə keçmişdə Portuqaliya, Hollandiya və İngilis İmperatorluğunun koloniyası olmuş, 1965-ci ildə müstəqillik qazanmışdır.

7. Saint Kitts və Nevis – 261 km²

Kariblərdə yerləşən bu 2 ada Avropalılar tərəfindən bölgədə işğal edilən ilk adalardır. İqtisadiyyatı turizm və kənd təsərrüfatı yönümlüdür.

6. LİXTEYNŞTEYN- 160 km²

İnsanların almanca danışdığı bu ölkə Alp Dağları  üzərində yerləşir. İsveçrə və Avstriyanın arasında yerləşən ölkə eyni zamanda adambaşına düşən gəlirə görə dünyanın ən zəngin ölkəsidir. Ölkədəki işsizlik 1,5 faizdir.

5. SAN MARİNO – 61 km²

İtalyanın içində yerləşən ölkənin başqa bir ölkə ilə sərhədi yoxdur. Uzun müddətdir ki müstəqil olan bir ölkədir. Avropanın 3-cü ən kiçik ölkəsi olan San Marinonun əhalisi 30 minə yaxındır.

4. TUVALU – 26 km²

Əvvəllər Ellice Adaları olaraq tanınan bu ölkı, Avstraliyanın qərbində Sakit Okeanda yerləşir. Təxminən 10 min əhalinin yaşadığı Tuvalu əvvəllər İngiltərəyə bağlı olsa da, 1978-ci ildə müstəqilliyini elan edib.

3. NAURU – 21 km²

Avstraliyanın şərqində yerləşən Nauru dünyanın ən kiçik ada ölkəsidir. 1980-ci illərdə fosfat mədəni ilə məşhur olan ölkə mədən tükəndikdən sonra məşhurluğunu itirib. Ölkədəki işsizlik 90 faizdir.

2. MONAKO – 2 km²

Əhali sayı ilə müqayisə olunduğu zaman Dünyada ən çox milyoner və milyarderlərin olduğu ölkədir. Ölkə qumarxanaları, lyuks otel və restoranları ilə tanınır. Ölkədə Fransızca danışılır, əhalisi 36 minə yaxındır.

1. VATİKAN – 0,44 km²

Dünyanın ən kiçik ölkəsi olan Vatikan İtalyanın paytaxtı Roma şəhərinin içində yerləşir. Katoliklərin dini paytaxtı olan bu məkan İntibah dövrünün sənət əsərlərini ehtiva edir. Ölkənin əsas gəlir mənbəyi 1 milyarda dollara yaxındır və əsasən ölkəyə, kilisələrə edilən ianələrdən ibarətdir.

Mənbə.bilgibazarı.com