Məntiqsiz tələbələr hekayə (əyləncə xarkterli)

Professor və “məntiqli” tələbələr

Fizikadan dərs deyən professor tələbələrdən imtahan götürür. Mövzu isə işıq və səs olur. Professor yanına gələn 1-ci tələbəyə sual verir:

-Səs sürətlidi yoxsa işıq?

Tələbə cavab verir:

-Səs sürətlidi.

Professor əsəbləşir. Tələbədən əsaslandırma tələb edir. Tələbənin “əsaslandırılmış” cavabı isə belə olur.

-Mən televizoru yandıranda əvvəl səsi gəlir. Daha sonra isə göstərməyə başlayır. Yəni işığı səsindən gec çıxır. Deməli, səs sürətlidir.
Bu sözləri eşidən professor tələbəni qovur. İkinci tələbə gəlir. Professor eyni sualı bu tələbəyə də ünvanlayır.  Tələbə işığın daha sürətli olduğunu deyəndə isə sevinir. Lakin bu dəfə də əsaslandırma istəyir əvəzində isə tələbə deyir:

-Radionu yandırıram əvvəl işığı yanır sonra səsi gəlir.

Professor bu tələbəni də əsəbləşib, qovur. 3-cü tələbə gələndə Professor düşünür ki, yəqin sualın qoyuluşu çox çətindi bu səbəbdən tələbələr belə cavab verir. Bu dəfə o sualı başqa formada verir. Üçüncü tələbəyə deyir;

-Təsəvvür et dağın başında dayanmısan. Qarşı tərəfdə isə çox uzaq məsafədə olan başqa bir dağ var. Həmin dağın zirvəsindən top atəşi açılır. İndi cavab ver görək, sən əvvəlcə onun işığını görərsən, yoxsa səsini eşidərsən?

Tələbə deyir:

-Əlbətdə ki, işığını görərəm.

Təbii ki, professor bu cavaba çox sevinir və bu tələbədən də əsaslandırma istəyir. Tələbə isə belə cavab verir.

-İşığını daha tez görərəm çünki gözlərim qulaqlarımdan qabaqdadı.

P.S. Bu əhvalatın axırında Professora  nə olduğu barədə heç bir məlumatım yoxdu. Ancaq mən sonuncu tələbənin cavabından sonra onun sağ qalmasına çox az ehtimal verirəm 🙂

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.