Dünyada Ən Çox Danışılan 7 Dil

7.Bengal Dili.

Başlıca olaraq ünsiyyət üçün istifadə edilən ölkə Bangladeşdir. Eyni zamanda Bangladeş dünyanin ən sıx məsmunlaşılmış ölkəsidir. Ölkə 12-ci və 18-ci yüzilə qədər müsəlmanlar tərəfindən, daha sonra isə, 1905-ci ilə qədər isə, İngilizlər tərəfindən idarə edilmişdir. 1905-ci ildən sonra Pakistana birləşən ölkə, 1969-cu ildə ayrılmış və 1971-ci ildə müstəqilliyini elan etmişdir. Ölkənin paytaxtı Dəkkədir. 150 milyondan çox olan bu ölkənin ana dilində danışan insan sayısı 210 milyondur.

6.Ərəb Dili.

Dünyada ərəb dilində danışan Səüdiyyə Ərəbistanı, Livan, Küveyt, Surya, İraq, Misir v.s ölkələr vardır. Eyni zamanda müsəlmanların müqəddəs kitabı olan, Quran-İ Kərimin də bu dildə olması ərəbcə danışan insan sayısınə artıran amillərdəndir. Dünyada 250 milyon insan bu dildə danışır.

5.Rus Dili.

Rusyanın həm əhali olaraq 150 milyona yaxın olması, həm də bir zamanlar SSSR’nin varlığı bu dilin geniş danışılmasının səbəblərindəndir. Hal hazırda, Belarusya, Ukrayna, Qazaxıstan kimi ölkələrdə bu dildən geniş istifadə edilməkdədir. 275 milyon insan bu dildə danışır.

4.İspan Dili.

İsnpan dilinin geniş miqyasda istifadə edilməsinin səbəbi İspanların bir zamanlar Afrika və Amerika qitəsində müstəmləkələrə sahib olmasıdır. Amma, hal hazırda Amerika qitəsində o qitəyə sonradan gələnlər tərəfindən istifadə edilən İspan dili, İngilis dilindən çox sayda kəlimə almışdır. 390 milyon insan bu dil ünsiyyət dili kimi istifadə edir.

3.Hind Dili.

Bu dilin geniş miqyasda ünsiyyət dili olaraq istifadə edilməsinin səbəbi isə, Hindistanın əhalisinin sayca ikinci olmasıdır. 500 milyon insan bu dildən ünsiyyət kimi istifadə edir

2.İngilis Dili.

İngilis dili dünyada rəsmi olaraq istifadə edilən ikinci dildir. Bu dildə danışan ölkələr, İngiltərə, Avstraliya, Kanada, Amerika, Zimbabve, Kanadadır. İngilis dili qeyri rəsmi olaraq dünyada ən çox danışılan dildir. 510 milyon insan bu dildən ünsiyyət üçün istifadə edir.

1.Mandarin Dili.

Belə bir dilin olmasından bəlkə də heç xəbərinix yoxdur və bu məlumat sizi xeyli təəccübləndirdi. Amma, bu dilin Çinin ana dili olduğunu desək yəqin ki, təəccüblənməyəcəksiniz. Çünki, Çin dünyada əhalisinin sayına görə ilk sıranı alır. Rəsmi olaraq 1 milyarddan çox insan bu dili ünsiyyət üçün istifadə edir.

Mənbə. bilgibazarı.com