Modern Talking qrupu

Avropada 80-ci illərin ən məşhur qruplarından olan Modern Talking qrupunun üzvləri Diter Bolen  və Tomas Andersdən ibarət idi.Bu musiqiçilərin görüşməsinə əsas səbəkar “Hansa” Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüsser Diter Bolen özünün “ Was macht das schon” adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır. 1983-1984-cü illərdə musiqiçilər ən uğurlusu “Wovon traumst du denn” olmaqla alman dilində 5 sinql buraxırlar.

 

Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun “Catch me İ`m falling” hit mahnısının kaver-versiyasını işləyirlər. Lakin layihə hazırlandıqdan sonra musiqiçilərin adları hallanmır və layihə Headliner adı altında tanınır, musiqnin müəllifi kimi isə Steve Benson adı hallanır (Diter Bolenin yaradıcı psevdoadlarından biri). Duetə məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan “You`re my heart, you`re my soul” superhiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız Formel Eins proqramından sonra əsl populyarlığına qovuşur. Sinql ilk əvvəl alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Dünya şöhrətli Adidas idman geyimləri kompaniyası Diterlə geyimlərinin qrupun klip və konsertlərində nümayiş etdirilməsi barədə müqavilə bağlayır. 1985-ci ilin martında Modern Talking növbəti hitlərini – “You can win if you want” mahnısını, az sonra isə ilk albomlarını “The First Album” buraxır. Albomda mahnıların əksəriyyətində vokal hissəni Tomas Anders ifa edirdi, yalnız bir mahnını “There`s Too Much Blue In Missing You” Diter Bolen ifa edir və bu Diterin qrupun 20 illik tarixində yeganə vokal ifası olur. Bütövlükdə albom böyük uğur əldə edir. Məşhur “Peter`s Pop Show” televiziya layihəsində qrupa 75 “qızıl” və “platin” disk təqdim olunur. Modern Talking super-pop-qrup statusunu əldə edir və bütün Avropa boyu böyük və sədaqətli pərəstişkar ordusu toplayır. Qrupun buraxdığı albomlar böyük tirajlarla satılır.


Bununla belə qrup üzvləri arasında get-gedə fikir ayrılığı yaranır və bu sonda qrupun dağılması ilə nəticələnir. Tənəzzülün son səhnısi 1986-cı il konsertlərin birində baş verir. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi. Bu hadisədən sonra qrup daha iki il, kontraktın bitməsinə qədər fəaliyyət göstərir və bu müddətdə daha iki albom (“Romantic Warriors” və “In The Garden Of Venus”) buraxmağa nail olur. Nəhayət qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar.

Ayrılıqdan sonra Tomas solo-karyeraya başlayır və ABŞ-a yollanır. Diter də yeni Blue System qrupu ilə yaradıclıq fəaliyyətinı davam edir. Hər iki musiqiçi kifayət qədər məşhur olsalar da, heç biri Modern Talkingin uğurunu təkrarlaya bilmir. Diter Bolen Blue Systemdən əlavə C.C.Catch, Kris Norman, Bonni Tayler, Errol Braun kimi müğənilərə mahnılar yazır, Tomas Anders isə konsertləində tez-tez Modern Talkingin mahnılarına müraciət edir.

Modern Talking 1998-ci ilin yazında təntənəli şəkildə yenidən səhnəyə qayıdır. Tomas və Diter tezliklə “Back For Good” adlı yeni-könhə albomu buraxır. Belə ki, albom əsasən qrupun köhnə manhılarınn remikslərindən təşkil olunur. Yeni albomun dünya üzrə satışı 26 milyon nüsxə təşkil edir. 1999-2003-cü illər aralığında qrup 5 albom buraxır. Qrupun üslubu demək olar ki, yüngül müasir rəqs musiqisi olaraq dəyişilməz qalır. Bəzi mahnılar amerikalı reper Erik Sinqletonun iştirakı ilə yazılır. Səbəb qrupun Amerika tamaşaçılarını fəth etmək olur, lakin arzuları həyata keçmir . Qrupda reperin iştirakı köhnə pərəstişkarlarda mənfi reaksiya oyadır.

Modern Talkingin yaradıcılığında bu mahnı da mühüm yerlərdən birini tutur.Mənim də çox xoşuma gəlir bu mahnı.Hər dəfə qulaq asdıqca lap əvvəlki vaxtlar yadıma düşür.

Deep in my heart – there’s a fire – a burning heart
Deep in my heart – there’s desire – for a start
I’m dying in emotion
It’s my world in fantasy
I’m living in my, living in my dreams

You’re my heart, you’re my soul
I’ll keep it shining everywhere I go
You’re my heart, you’re my soul
I’ll be holding you forever
Stay with you together

Your my heart, you’re my soul
Yeah, I’m feeling that our love will grow
You’re my heart, you’re my soul
That’s the only thing I really know

Chery,chery lady

Oh I cannot explain
Every time it’s the same
Oh I feel that it’s real
Take my heart
I’ve been lonely too long
Oh I can’t be so strong
Take a chance for romance
Take my heart
I need you so
There’s no time
I’ll ever go

Cheri Cheri Lady
Goin’ through emotion
Love is where you find it
Listen to your heart
Cheri Cheri Lady
Livin’ in devotion
Always like the first time
Let me take a part

 

Bir cevap yazın

Your email address will not be published.