“V” Barmaq Hərəkətinin Mənası

 

 

V işarəsi, əlin digər barmaqları qapalıykən işarə və orta barmağının açıq və bir-birindən ayrımaq şəklinə verilən addır. Ən çox tanınan əl işarələrindən biridir və fərqli ölkələrdə fərqli anlamalara gəlir. Bu işarə biri ovuc içi içəri digəri isə çölə olmaq şərti ilə iki fərqli mənalarda istifadə edilir.

 

 

Ovuc iki işarəni edən şəxsə deyil, çöl tərəfə olarsa. (Victory-Qalibiyyət).

İkinci Dünya Müharibəsi əsnasında Zəfər işarəsi (İngilis Victory sözünün baş hərfi olan Vyi nişanlayacaq şəkildə) olaraq dövrün İngiltərə baş naziri Uinston Çörçill tərəfindən məşhurlaşdırılmışdır. ABŞ-da və daha sonra 1960lı illərdən etibarən bütün dünyada sülh anlamına gələr şəkildə istifadə edilmişdir.

Mənbəyi bilinməyən bir inanca görə V işarəsi 1415-ci ildə İngiltərə ilə Fransa arasında aparılan “Agincourt” müharibəsində ortaya çıxmışdır. Hekayəyə görə Fransızlar İngilis oxlarını atan yaycıların əsir ediləndə oxu atmaq üçün istifadə etdikləri iki barmaqlarını kəsəcəklərini elan etmişlər. Müharibədən İngilislər qalib gəldikdə isə qalib oxatanlar Fransızlara kəsilməmiş barmaqlarını göstərmiş və bu şəkildə qalibiyyətin rəmzi olan qoşa “V” hərfinə bənzər işarə ortaya çıxdığı güman edilir.

Tarixdə V işarəsindən bəhs olunan ilk əsaslı qaynaq isə  16.yüz illikdə Fransız yazar Fransua Rabelaisin əsərlərindən görülür. 20-ci əsrin əvvəllərində  isə İngiltərə Baş Naziri Uinston Çörçill tərəfindən “qalibiyyət” (Victory) mənasında geniş olaraq istifadə edilməyə başlamışdır. Daha sonralar, bu barmaq işarəsi, qələbə mənası verən Nasist Almaniyasının işğalı altındakı bölgələrdə müqavimətin simvolu olaraq, Fransa, Hollandiya və Cersi Adası kimi yerlərdə tez-tez istifadə edilməyə başlanmışdır.

 

 

Ovuc iki işarəni edən şəxsə tərəf olarsa. (Peace-Sülh).

İkinci mənada istifadiə edilən “V” hərfini andıran bu işarə sülh rəmzi mənasında da istifadə edilir. ABŞ-ın Vyetnama silahlı müdaxilə etdiyi Vyetnam Müharibəsi zamanı xüsusilə müharibə əleyhinə nümayişlərdə “V” işarəsi sülh rəmzini ifadə edəcək şəkildə istifadə edilmişdir.

 

Mənbə. bilgibazarıcom