Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

Yuxuda Ev Görmək (Tam İzahlı)

Yuxuda ev görmək görülən evin şəklindən aslı olaraq fərqi şərhlərə yer verir. Məsələn yuxu görən şəxsin gördüyü ev səliqəli, geniş və təmiz isə bu xoş xəbərin əlamətlərindəndir.

Yuxuda ev tikmək – Bu yuxu sizin ailə həyatınızla bağlıdır. Subay biri üçün bu tərz yuxu yaxın zamanda evlənəcəyinə işarədir.

Yuxuda ev yandırmaq – Bu yuxu sizin və ya yaxınlarınızdan birinin xoş olmayan hadisə ilə üzləşəcəyinə işarə edər. Yuxu eyni zamanda həmin şəxsin səhhəti ilə də əlaqəli ola bilər.

Yuxuda evdən köçmək – Bu yuxu sizin uzun müddətdir öyrəşdiyiniz həyat tərzinizdən uzaqlaşacağınıza, köklü dəyişikliklər üçün qəti qərarlar qəbul edəcəyinizə işarə edər.

Yuxuda ev təməlini qazmaq – Bu yuxu uzun zaman davam edən götür qoydan sonra qəti və düzgün qəbul eilmiş qərar mənasına gəlir. Siz nəhayətində qarşı tərəflə əmin şəkildə anlaşma əldə edəcəksiniz.

Yuxuda taxta ev görmək – Bu yuxu sizin azad yaşamaq istəyinizin nə qədər böyük olduğundan bəhsedir. Siz eyni zamanda var dövlət əldə etmək, ətrafınızda yaxşı insanları toplamaq üçün çalışacaqsınız.

Yuxuda qapısız ev görmək –Bu yuxu yuxu sahibinin ətrafındakılara hədsiz güvəndiyinə, hər tanış olduğu insanlara dost münasibəti qurduğuna işarə edər. Bu baxıma bir qədər diqqətli olmaqda fayda var. Çünki, həmin insanlardan bəziləri sizin güvəninizi sındıra bilər.

Yuxuda geniş ev görmək – Yuxuda geniş ev görmək xoş xəbərin elçisidir. Bu sizin xoş xəbər eşidəcəyinizə, dərdlərdən uzaqlaşacağınıza işarədir. Eyni zamanda yuxuda geniş ev görmək yuxu sahibinin və ya onun çox yaxınlarından birinin hamilə olduğu şəklində izah edilir.

Yuxuda səliqəsiz ev görmək – Bu sizin bir sıra üstün qabiliyyətlərə və xüsusiyyətlərə sahib olmağınıza baxmayaraq ondan gərəkdiyi qədər istifadə etməməyiniz anlamına gəlir. Yuxuda dağınıq evi təmizləmək isə zamanla uğur əldə edəcəyinizə işarə edir.

Yuxuda kiçik ev görmək – Bu yuxu həmin şəxsin öz əziyyəti nəticəsində uğur qazandığı və qazanmağa davam edəcəyi mənasını verir.

Yuxuda şüşədən ev görmək – Yuxu sahibinin ilk növbədə xəyalpərəst olduğu mənasına gəlir. Digər bir sözlə həmin şəxs gün boyu arzularına çatmağın xəyallarını qurur və bu xəyallarla yataraq bu xəyallarla oyanır.

Yuxuda kərpic ev görmək – Bu yuxu sevgi, mərhəmət və ədalətin təmsilçisidir. Həyatınızda çox gözəl dəyişikliklər olacaq, dərd və problemlərdən uzaqlaşacaqsınız.

Yuxuda boş ev görmək – Bu tərz yuxu ümumi şəkildə sizin xarakteriniz və ətraf mühitinizlə əlaqəlidir. Digər bir sözlə demək olar ki, siz yalnızsınız. Eyni zamanda içinizdə güvənsizlik qorxusu və insanlara şübhə var.

Yuxuda ev əşyası daşımaq – Bu yuxu sizin mübarizəkar biri olduğunuza işarədir. Sözügedən yuxu eyni zamanda sizin məqsədinizə çatmaq üçün tər tökməyə hazır olduğunuz mənasına gəlir.

Yuxuda ev satın almaq – Bu yuxu sizin iş və özəl həyatınızla əlaqəli ola bilər. Digər bir sözlə siz iş və ya özəl həyatınızda dəyişiklik etmək niyyətindəsiniz. Eyni zamanda yuxuda ev satın aldığınızı görmək sizin tərəddüd içində olduğunuzu da göstərir. Qərar qəbul etməkdə çətinliklər çəkəcəksiniz.

Çirkli evi təmizləmək – Ümumiyyətlə yuxuda çirkli ev görmək ev yoldaşlarından (yaxınlarından) birinin mənfi xarakter və ya xoşagəlməz əxlaqa sahib olduğuna işarədir. Yuxuda bu evi təmizləmək isə həmin şəxsin bu xoşagəlməz xüsusiyyətlərindən uzaqlaşacağının xəbərçisidir.

Yuxuda ev boyamaq – Ümumiliklə bu tərz yuxu evlə bağlı görülən yuxular içində ən xoş olanlarındandır. Bu yuxu sizin ən qısa zamanda arzularınızın bir hissəsinə çatacağınıza, həyatınıza xoşbəxtlik gələcəyinə işarə edər.

Qaynaq – Gizli bir dünya/İnanç Yaşayan (kitab)

Mənbə. bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.