Böyük Vətən müharibəsində dönüş olmaya da bilərdi

Sovet sərkərdələrinin yüksək bacarıq və duyma qabiliyyəti Moskva döyüşlərində müvəffəqiyyətləri şərtləndirdi.
Hesab edirlər ki, müharibələrdə ancaq onların başlanma və son tarixləri dəqiqliklə müəyyən edilə bilər. Düzünü desək, İkinci Dünya müharibəsi barədə hələ də mübahisələr gedir – başlanma tarixi, ənənəvi olan 1939-cu il sentyabrın 1-dən, yoxsa daha əvvəllər olan Uzaq Şərqdəki müharibələrin tarixindən hesablanılmalı olması hələ dəqiqləşdirilməyib. Lakin müharibələrin sonunun olması şübhəsizdir: kapitulyasiyalar buradakı mübahisələrə son qoyur. Keytelin Karlsxorstdakı imzasına və «Missuri» gəmisindəki mərasimə şübhə edilməməlidir.


Buna müqabil, döyüşlərin gedişindəki həlledici dönüşlərin vaxtını necə müəyyən etmək olar? Xüsusilə də, hələ döyüşlər gedərkən tərəflərdən birinin digər tərəfin həm niyyətini bildiyi, həm də həmişə onu çaşdırdığı vaxt! Əlbəttə, 1812-ci ilin təcrübəsini öyrənərək, Almaniya baş qərargahındakı hərbçilər güman edə bilərdilər ki, 1941-ci ilin hansısa bir vaxtında, rus ordusu əks hücuma keçəcək – xoşbəxtlikdən bu cür cəhdlər Qızıl Ordu tərəfdən kifayət qədər idi. Ancaq о zaman Hitlerin hərbi qərarlarını, əlbəttə ki, tarixçilər müəyyən etmirdilər. İndi arxiv məlumatları və fürerin ən mühüm çıxışları ilə tanışlıq əsasında belə nəticəyə gəlmək olar ki, Hitler, yay məğlubiyyətlərindən sonra Stalinin özünə gələcəyini və vermaxta 1941-ci il 6 dekabr tarixli əks-zərbə endirəcəyini heç cürə gözləmirdi.
Nə Hitler! Quru qoşun qüvvələri baş qərargahının rəisi – yüksək dərəcədə ehtiyatlı və böyük təcrübəyə malik olan general Frans Qalder, hələ 1941-ci il iyulun 3-də hesab edirdi ki, «bütün Şərq kampaniyası 14 gün ərzində qazanılmışdır». Ertəsi gün (4 iyul) vermaxtın baş komandanlığı (VBK) Hitlerdən belə bir tapşırıq aldı: Şərqdə qələbə qazanılmışdır… Vermaxtın hərbi piyada birləşmələrinin sayı azaldılsın! Bu tapşırığı alan general Valter Varlimont müharibədən somakı illərdə Berlindəki ab-havanı belə səciyyələndirirdi:
— Bilirsinizmi, belə müvəffəqiyyətə görə, sevincimdən, mən az qalırdım ağlımı itirəm.

Bu cür «ağılsızlıq» uzun müddət davam etdi. Səbəbsiz deyil ki, 1941-ci il dekabrın 10-da «Fyölkişer Beobaxter» öz fəaliyyətinə son qoydu: Böyük zəfər saatı vurdu. «Şərqdəki hərbi əməliyyatın nəticəsi öz həllini tapdı». Əlbəttə, Valter Varlimont olduqca həyəcanlı idi. О və onun həmkarlarının VBK-da qalması məqsədəuyğun idi və Moskvanın süqutundan sonra, baş qərargahların hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş bir sıra tədbirlərini hazırlayırdılar (Zaqafqaziya, İran, Əfqanıstan, Hindistana doğru irəliləyiş haqqında 11 iyun tarixli 32 №-li məşhur direktiv»). Bu, təkcə nümayişkaranə aktlar deyil, Qızıl meydanda alman paradının hazırlığı kimi, real addımlar idi. Yeri gəlmişkən, birincilər, daha çox, təsir bağışlayıcı jurnalist uydurmaları sırasına aiddir.
Berlindəkilərə elə golirdi ki, Minsk, Kiyev və Smo­lensk şəhərləri yaxınlığında mühasirədən sonra Qızıl Or­du müqavimət göstərə bilməyəcokdir. 1941-ci il oktyabnn 24-də Uinston Çörçill Britaniya hərbi kəşfiyyat idarəsinin rəisi general Devidsona yazrrdı: «Sizin fikrinizcə, Moskvanın qışa qədər təslim olmaq ehtimalı nə qədər yüksəkdir? Mən özüm bu şansı 1:1 kimi qiymətləndirirəm». Bu cür bədbin fikirlər Vaşinqtonda da söylənilirdi.
Bir sözlə: bütün dünya Moskvanın təslim olmasını gözləyirdi. Bu cür əhval-ruhiyyə sirayətedici tərzdə təsirli idi: buna baxmayaraq, Jukov paytaxtın təslim edilməsini ağlına da gətirmirdi, oktyabrın 15-də Siyasi Büronun mühüm iclasından bir az əvvəl Lavrenti Beriya bəyan etmişdi:
– Moskva – Sovet İttifaqı demək deyildir. Mos­kvanın müdafiəsi faydasız bir işdir. Beriyanın bu fikirləri «buraxması» heç də təsadüf deyildir. Onun bütün aparatı, gizli iş şəraitinə keçməyə fəal hazırlıq görürdü (və bunlar düzgün tədbirlər idi). Hətta Sta­lin, Jukovun almanları Moskvaya buraxmamasına daxilən əmin olsa da, o, öz vaqonunu Abelman zastavasına göndərməyə icazə vermişdi və onun göstərişlərinin yerinə yetirilməsi qaydasını yoxlamaq üçün, bu çıxışsız yola özü də gəlmişdi. Sözün doğrusu, vaqona daxil olmadı və geri – Kremlə qayıtdı.

Berlində əks-zərbəni gözləyirdilərmi?
Almaniya baş qərargahı, «varlimont ağılsızlığına» uymayaraq, Moskva yaxınlığında Qızıl Ordunun fəal hərəkət etməsini güman edirdilər. Hit­ler, Quru Qoşun Qüvvələrinin baş komandam Brauxiç və başqaları çox yaxşı başa düşürdülər ki, Alma­niya tərəfdən qələbələrin və parlaq müvəffəqiyyətlərın reallaşması «Barbarossa» əməliyyatında düşünülənlərin nəticəsində olmuşdur.
Çox maraqlıdır, Stalinin «Mayakovski» metrosunda və Qızıl meydandakı nümayişlərdə söylədiyi nitqlər haqqında məlumat, rəsmi Berlinə çatdırılanda, bu çıxışların mənasını çox gözəl başa düşən Yozef Göbbels, öz gündəliyinə rahatca qeyd etmişdi: «Siyasi səhnənin çox mühüm dərəcədə dəyişməsi, Stalinin nadir nitqləri ilə müəyyən edilir. Görünür, o, Sovet İttifaqı xalqlarına müraciət edərək, onları ürəkləndirməkdə marağı vardır… O, bizim itkiləri 4,3 milyon adam miqyasında, özlərininkini isə 2 milyon adam və onların da 378 mininin xəbərsiz itkin düşənlər siyahısında olduğunu müəyyən etmişdir».
Bu rəqəmlər Göbbelsə heç bir təəssürat bağışlamadı (yeri gəlmişkən, şübhəsiz ki, bu rəqəmlər dəqiq deyildir). Sonra о, qeyd etmişdi:
«Əslində isə, bizim əlimizdə 3,5 milyondan çox bolşevik əsir saxlanılır».
Əfsus ki, həqiqətə Stalindən daha çox Göbbels yaxın idi. Almaniyadakı vəziyyətin kinayə ilə «Barıt çəlləyində» partlayışa hazır olan (Hitlerə qarşı) kimi təsvir edilməsi də, həqiqətə yaxın idi. Vermaxtın real hərbi üstünlüyə malik olması halını, Londonda və Vaşinqtonda da, məhz belə görürdülər.
Əlbəttə, bu zaman Göbbels «ani sürətli müharibənin» alınmadığını artıq başa düşürdü. Hələ sentyabra qədər o, qeyd etmişdi: «Əsası olmayan xəyallara son qoymaq lazımdır. Şərq kampaniyasına qısa müddətdə yekun vurulmaması məlum olduqdan sonra, almanlar bilməlidirlər ki, bizi hansı çətinliklər gözləyir».
Ola bilsin, Smolensk və Vyazma yaxınlığındakı döyüşlərdən sonra «əsası olmayan xəyallara» Berlində son qoyulmuşdu. Amma, nəyi, əsası olmayan he­sab etmək lazımdır? 13 noyabrda baş qərargahın rəisi Qalder Ordudakı həlledici müşavirəyə gələndə, dayandırılmış mövqelərin, yenidən hücum ilə əvəz olunması haqqında general feldmarşal fon Bokun fikirləri ilə razılaşmasınımı? O, söhbətdə belə demişdi:
— Əgər Bokun qələbəyə inamı varsa, biz onu saxlamaq istəmirik. Növbəti xəyaldır?

Moskvada hansı hadisələrin baş verdiyini almanlar bilirdilərmi?
Almanların baş qərargahının və döyüş komandirlərinin məharəti sayəsində yayda əldə edilmiş müvəffəqiyyətlərin şübhəsiz olduğu – 1941-ci ilin payızında öz cavabını tapdı. Bəs kəşfiyyat sahəsində?
Bir tərəfdən elə gəlirdi ki, vermaxt burada da müvəffəqiyyətə nail olmuşdur. Smolensk və Vyazma yaxınlığında «Mərkəz» ordu hissəsi (fon Bok) sovet müdafiəsinin zəif yerlərini aşkar edib, bir neçə sovet ordusunun mühasirəyə düşməsinə nail oldu. Alman kəşfiyyatı, nə sovet hərbi müdafiəsinı, nə də Sovet İttifaqının qurduğu planları öyrənməyə nail ola bilmədi.
Məsələn, noyabrın axırında, alman kəşfiyyat agentliyi Hitlerə, marşal Timoşenkonun sovet qərargahmda, guya söylədiyi nitq barədə məruzə etmişdi. O, hesab etmişdi ki, guya Moskvanın təslim olması mümkündür və o, bu vəziyyətə, «hələ oktyabr ayından» hazırlaşırdı. Guya əks-hücumu Timoşenko «5-6 aydan sonra» təklif etmişdir, ancaq Moskva yox, Rostov yaxınlığında. Alman kəşfiyyatının ulduzu olan gələcək general Qelen, bu məlumatların həqiqətə uyğun olmasına zəmanət verirdi. Ancaq bunlar uydurmalar idi: bundan əlavə, onlar alman agentlərini ələ keçirmiş sovet kəşfiyyatı tərəfindən, «qəsdən verilmişdi». Əlavə edək ki, Qelen 16-19 oktyabrda, Moskvada, almanlar üçün əlverişli şəraitin yaranması haqqında məlumat əldə edə bilmədi və çaxnaşma düşməsi haqqında məlumatı, yalnız bir neçə ay keçdikdən sonra aldı.
Əlbəttə, hərbi qərarlar təkcə agentura məlumatları əsasında qəbul edilmir. VBK-da və fon Bokun qərargahında başqa mənbələr də var idi, ilk növbədə sovet qərb cəbhəsindəki müqavimətin güclənməsi, əks hücumların çoxalması, hətta yeni ordu hissələrinin yaranması barədə (nadir hallarda) məlumat verən ordu kəşfiyyatı idi. Hansı nəticələr əldə edilmişdir?
Hitler (19 noyabrda Qalderlə söhbətdə): «Düşmən iri həcmli hücumlara qadir deyildir və buna baxmayaraq, tez-tez fəallıq göstərir».
Qura qoşunlar qərargahı, dekabrın 4-ü:
«Hücum xarakterli döyüşlərin son günləri ərzində, düşmən haqqında təəssüratımız bir daha doğru çıxdı… Bütövlükdə onların vəziyyəti belədir, indiki zamanda («Mərkəz») cəbhə ordusuna qarşı, onlarda olan hərbi qüvvələr hesabına böyük əks-hücumlar baslamasını gözləməyə dəyməz».
Dekabrın 6-da isə başqa cür fikirləşmək lazım gəldi. Hər halda dönüş baş verdi.

Dönüşü müşahidə etmədilər
Bu, uydurma deyildir, Moskva yaxınlığında so­vet qoşunlarının məşhur əks-hücuma keçməsini Berlində… hiss etmədilər. Belə güman etdilər ki, növbəti yerli əks-hücumlar barədə söhbət gedir. Adət üzrə fikirləşirdilər ki, təşəbbüs almanların əlindədir və qanuni hərəkətlər onlar tərəfdədir. Onların ağlına da gəlmirdi ki, əməliyyatın başlanması sovet qərargahında 6 dekabra təyin edilmişdi, «qanunla» isə fürerin 8 dekabrda dərc edilmiş №-39 əmri hesab olunurdu. Hitler burada sərəncam vermişdi: «qışın vaxtından əvvəl, gözlənilmədən gəlməsi ilə bağlı yaranmış təminat çətinliklərinə görə, müdafıəyə keçmək lazımdır».
Ancaq çox tezliklə fon Bok, sonra Qalder və Hit­ler artıq bilirdilər ki, hadisələrin gedişatına nəzarəti onlar etmirlər. Dekabrın 16-da Hitler, kədərlə qarşılanan «Dayan» əmrini dərc etdi, sonra feldmarşallar Brauxiç, Quderian, fon Bok və fon Leebin istefa vermələri səs-küyə səbəb oldu. Qərb cəbhəsindən almanların 36 diviziyası, 6 briqadası, 300 minlik əlavə qoşunları yerini dəyişməyə məcbur oldular.

Buna necə nail oldular
Podmoskovye şamlığının sakit bir yerində (indiki dairəvi avtostradaya olduqca yaxındır) mənə çox nadir və xoşbəxt bir an qismət oldu, Georgi Konstantinoviç Jukovla Moskva yaxrnlığındakı döyüşlər barədə söhbət etmək imkanım oldu və marşal söyləyəndə, mən öz təəccübümü gizlədə bilmədim: — Noyabrın 29-da mən, Stalindən əks-hücum haqqında əmr verməsini xahiş etdim. Ancaq Stalin о saat razılıq vermədi və dedi ki, baş qərargahla məsləhətləşməlidir.
O, söhbət etdi ki, ilk əvvəllər Qərb Cəbhəsinin komandanlığı çox ciddi əks-hücumlar barədə fikirləşmirdi və ancaq 60-100 km məsafəsində zərbələr endirilməsini nəzərdə tuturdu. Jukov üçün ən başlıcası, vermaxtın Moskva üçün təhlükə yaradan hissələrini aradan qaldırmaq idi. Beləliklə, qarşıya qoyulan məqsəd xüsusi əhəmiyyətli idi. Qonşu və digər cəbhə xətləri ilə qarşılıqlı əlaqə saxlamaq nəzərdə tutulmamışdı və noyabrın 30-da Stalin bununla razılaşdı. Jukovun noyabrın 29-da Stalinə verdiyi məlumatda «düşmən əldən düşmüşdür» sözləri, onun ordularının ağır döyüşlərdə aldığı acı təcrübələrə əsaslanırdı. Xarici görünüşdən, Qızıl Ordu üçün əlverişli sınaq olmasa da, ancaq gələcək marşal, ağlabatmaz duyğular arxasında obyektiv həqiqəti duydu.
İndi fon Bokun və Qalderin gündəliyindəki yazıları oxuyaraq çox təəccüb edirsən: elə bil ki, Jukov, bu gündəlikləri və onların açıqlanmış sətirlərini oxumuşdur. Moskva yaxınlığındakı döyüşlərin mahiyyəti, dahi sərkərdə tərəfindən, nə qədər də dərindən dərk edilmişdir! Bu cür istedada Stalin də malik idi, marşal Şapoşnikovun məsləhəti ilə о çoxdan arzu olunan vaxtın gəlib çatmasını dərk etmişdi. Ali Baş Komandanın, Baş Hərbi qərargaha, əvvəllər olan inamsızlığı indi yoxa çrxdı.
Jukovun təklifinə olan cavabda, Stalin ilk görünüşdə çox qəribə hərəkət etdi: bir tərəfdən, o, Qərb Cəbhəsinin hücumunu, onun ilk variantında (yəni əvvəlki məsafələrlə) təsdiq etdi. Digər tərəfdən həmin gün, noyabrın 30-da, qərargahın adından, təkcə Qərb və Cənub-Qərb cəbhələrinə deyil, həm də Kalininsk cəbhəsinın daha tez əks-hücuma keçməsi barədə əmr verdi. Yəni Qərargah tərəfindən zərbələr daha yüksək səviyyələrə çatdırıldı.
Bəli, qərargah bu imkanları çoxdan gözləyirdi. Arxada on yeni ordunun və bir neçə tank birləşməsinin yaradılması haqqında, hələ noyabrın 1-də əmr var idi. Buna baxmayaraq, onlardan tezliklə istifadə edilməsinə razılıq verilməmişdi (general Bok, ön sıralardan yenidən hücuma keçmişdi və onu dəf etmək lazım gəldi). Noyabrın 24-də Qərargah özünün ehtiyat hissələrini Povoljiyadan göndərməyə başladı, bunun üçün 7-10 gün ərzində 60 mindən çox dəmiryol vaqonu səfərbər olundu.
Ancaq Qərargah ehtiyatlı idi: Aleksandr Mixayloviç Vasilyevski – Moskva hərbi əməliyyatlarının yaradıcılarından biri – mənimlə söhbət zamanı etiraf etdi ki, bəzən o, təəccüb edirdi, nəyə görə Qərargah, Jukova kömək etmək üçün ehtiyat hissələrini vermirdi.
– Keçmiş günləri xatırlayan marşal deyirdi – an­caq Stalin haqlı idi. Həqiqətən də, üçə qədər ehtiyat ordusu əks-hücum üçün saxlanılmışdı. Dekabrın 6-na hücum edən üç cəbhə, 27 diviziya qəbul etdi. Bu­nunla da hərbi dəstələr, 1,1 milyona qədər əsgər, 700-dən çox tank və 1000 təyyarə alaraq, öz güclərini artırdı. Buna baxmayaraq, yenə də, alman ordu dəstələri sovet hərbi qüvvələrindən quruda və tankların sayında 1,5 dəfə üstünlük təşkil edirdi.
Başqa sözlə, Moskva yaxınlığındakı qələbə, ilk dəfə olaraq sayca yox, bacarıqla qazanılmışdır. Bu­nunla belə,

və Jukovun qabaqcadan duyduqları psixoloji məqam etibarlı çıxdı: düşmən həqiqətən də əldən düşmüşdü. 4-cü alman ordusunun dayanması və 39 №-li əmr haqqında Moskvada heç nə bilmirdilər. Dekabrın 5-də Konev də hücuma keçdi. Dekabrın 13-də Qərargah ölkəyə və bütün dünyaya əks-hücumlar barədə xəbər verdi. Əks-hücumlar, yalnız 1942-ci il yanvarın ortalarında başa çatdı.
İndi də Hərb tarixşünasları, sovet qərargahını da təqsirləndirirlər ki, sovet qərargahı öz qüvvələrinə düzgün qiymət verməməsindən, Qərb cəbhəsinin da­ha da irəliyə getmək imkanı olmadı. Onlar da özlərinə görə haqlıdırlar. 1942-ci ildə müharibə qurtarmamışdı. Ancaq bu, Moskva döyüşlərinin əhəmiyyətini aradan qaldıra bilməz və onun siyasi, hərbi və psixoloji cəhətdən əhəmiyyəti müharibənin gedişatına çox böyük təsir göstərmişdi. Əks-hücumların müddətini, dəqiq müəyyən etmək, bunun üçün qüvvələr yığmaq və onlardan düzgün istifadə etmək lazım idi. Bu üç elementin yekunu Qızıl Ordunun Moskva yaxınlığındakı qələbəsi idi.

«Новое Время» jurnalının materialları əsasında hazırlanmışdır.
Mənbə Qanun jurnalı və kayzen.az