BMT-nin quruluşu. Əsas orqanları

XIX əsrdən başlayaraq cəmiyyət həyatının bir çox tə­rəf­lə­rinin beynəlmiləlçiliyə cəhd göstərməsinə can atması beynəlxalq əməkdaşlığın yeni formasını yaratmağın lazım olduğunu qarşıya qoydu. 1865-ci ildə yaranan – Ümumdünya Teleqraf Itti­faqı və 1874-cü ildə Ümumdünya Poçt Ittifaqı dünya icti­maiyyətinin yeni inkişaf mərhələsində ilk beynəlxalq universal təşkilat müəssisəsi hesab edilirdi.
Hazırkı dövrdə mindən çox müxtəlif hüquqi statusu olan beynəlxalq təşkilatlar vardır. Bu isə Mərkəzi BMT (Birləşmiş Millətlər Təşkilatı) olan beynəlxalq təşkilatlar sis­temi haqqında danışmağa imkan verir.
BMT sistemi dünya ictimaiyyətinin idarəetmə mexa­nizmi olmaqla yüz il bundan əvvəl yaranmışdır. XIX yüzil­liyin orta­la­rın­da ilk beynəlxalq hökumətlərarası təşkilatlar meydana gəlmişdir. Bu təşkilatların yaranması iki

əsas bir-birinə zidd olan səbəbdən baş vermişdir: birincisi milli müstəqilliyinə cəhd göstərən və nəticədə burjua-demokratik respublikasının yaran­ması, ikincisidövlətləri qarşılıqlı asılılıq və qarşılıqlı bağlılıq meyllərindən doğan elmi-texniki inqila­bın nailiyyətləri idi.
Elmi-texniki tərəqqi ona gətirib çıxartmışdır ki, inteqra­siya sistemi bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatına da­xil olmuşdur. Avropa millətləri bir-birilə hərtərəfli əlaqəyə ça­ğırırdı. Müstəqil dövlət çərçivəsində inkişaf etmək həvəsi və bunun digər müstəqil dövlətlərlə əməkdaşlıq etmədən mümkün olmaması beynəlxalq hökumətlərarası təşkilatlarda olduğu kimi beynəlxalq qarşılıqlı əlaqələr formasının baş verməsinə səbəb olmuşdur.
Başlanğıcda beynəlxalq təşkilatlar çərçivəsində beynəl­xalq əməkdaşlıq inteqrasiya proseslərinə nəzarət hesab et­məkdə əsas məqsəd sayılırdı. Ilk mərhələdə hökumətlərarası təşkilatlar si­ya­si funksiyalarda nisbətən daha çox təşkilatçılı­qda möh­kəm­lənmişdir. Bu dövləti və üzvləri cəlb etmək məq­sədilə inteq­rasiya meyllərini inkişaf etdirmək baxımından irəli gəlmişdir. Əməkdaşlığın sadə sferası müstəmləkələrlə – rabitə, nəqliyyat, münasibət idi.
Həmin dövrdə inzibati ittifaq hökumətlərarası təşkilat­ları inkişaf etdirmək üçün nisbətən münasib forma hesab edilirdi. Belə inzibati ittifaqların əsas oxşarlığı beynəlxalq təşkilatların bütün əsrlər ərzində inkişaf etməsidir, lakin əsas məsələ dövlətlərin müxtəlif sferalarda əməkdaşlığı idi.
XX yüzilliyin əvvəli bir çox dövlətlərin sakit inkişafının sona çatması ilə əlamətdar  idi. Kapitalizmin inkişaf etməyə başlaması, II Dünya müharibəsini doğurdu ki, bu da əsas ziddiyyət hesab edilirdi. I Dünya müharibəsi nəinki beynəl­xalq təşkilatların inkişafını yubatdı, eyni zamanda onlardan çoxunun artmasına səbəb oldu. Eyni zamanda bütün bəşər si­vilizasiyasının məhvinə səbəb ola biləcək müharibələr,  on­ların aradan qaldırılması məqsədləri siyasi istiqamətli bey­nəlxalq təşkilatların yaradılması layihəsinə  təsir göstərirdi.
Qədimdən hökumətlərarası qlobal təşkilatların yara­dılması  müharibəni aradan qaldırmaq və sülhü dəstəkləmək ideyası ilə insan ağlı məşğul olurdu.
Belə layihələrdən biri hesab edilən «Millətlər cəmiyyəti» (1919-cu il) siyasi və beynəlxalq əməkdaşlığa heç bir səmərə verməmişdir.
Ümumiyyətlə I Dünya müharibəsindən II Dünya mühari­bəsinə qədər olan dövrdə beynəlxalq sülh və təhlükə­sizlik təşkilatları problemlərinin işlənib hazırlanması çox zəif  idi.
Bununla belə ilk növbədə II Dünya müharibəsi, o cümlədən inteqrasiya prosesləri ilə bağlı olan dünyanın siyasi hadisələri öz fəaliyyətinin təşkilində «Millətlər cəmiyyəti»nin təcrübəsindən istifadə edən Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) yaranmasına gətirib çıxardı.
Millətlər cəmiyyəti I Dünya müharibəsindən dərhal so­nra yarandı. Əvvəlcə ona 42 ölkə daxil olmuşdu ki, bunlar­dan 26-sı Avropa dövlətləri idi. Onun üzvləri  tarix boyu 57 ölkədən çox olmamışdır. Ölkələrin hökumətləri inanırdılar ki, yalnız ümumdünya təşkilatı sülhü  qoruya bilər və insanları Avropada mühari­bənin təkrar olmasından xilas etmək üçün  «Millətlər cə­miyyəti» lazım idi.
I Dünya müharibəsi qurtardıqdan sonra 1919-cu ildə qalib gəlmiş dövlətlər – Ingiltərə, Fransa, Italiya, ABŞ, Ya­poniya, (Atlanta) – Millətlər cəmiyyəti başlanğıcda az və ya çox halda beynəlxalq qaydaları gözləmək və sülhü qoruyub sax­la­maq uğrunda nəzarət etmək və münaqişələri aradan qaldırmaq məsələlərinin öhdəsindən gəlirdi. 1930-cu illərdə təşkilatda böhran baş verdi və onun ən yüksək həddi müha­ribədən əvvəl onilliklərin ortalarına təsadüf edirdi ki, bu da Millətlər cəmiyyətinin həmin dövrün tələblərini ödəmədiyini göstərirdi.
Cəmiyyətin üzvü olan Yaponiyanın Çinə qarşı təcavüz etdiyi, 1931-ci ili əhatə edən, Mancuriyanı tutan və 1933-cü ildə Yaponiyanın cəmiyyətdən çıxan dövrü yada salmaq lazım­dır.
Bundan sonra 1926-cı ildən həmin cəmiyyətin üzvü olan Almaniya Yaponiyadan sonra cəmiyyətdən çıxdı. Sonra Romaya qarşı iqtisadi qadağaların qoyulmasına və bu cə­miy­yətin heç bir maneəçilik edə bilməməsinə baxmayaraq Italiya (həmçinin cəmiyyətin üzvü olan ölkələrin) cəmiyyətin üzvü olan Həbəşistanı 1935-1936-cı illərdə zəbt etdi. Yapo­niya və Alma­niyanın ardınca 1937-ci ildə Italiya Millətlər cəmiyyətindən çıxdı.
Son məlum idi: 1 sentyabr 1939-cu ildə Cəmiyyətin Ni­zamnaməsi (onunla birlikdə bütün beynəlxalq münasibətlə­rin Versal sistemi) öz funksiyasını yerinə yetirməyi dayandı­ran və heç nəyə lazım olmayan bir vərəq kağıza çevrilmişdi.
Artıq faktiki olaraq bu vaxtlar Millətlər cəmiyyəti yox idi. Onda keçmişdə yaddan çıxarılmış belə bir fakt indi mövcud­dur: 1 sentyabr 1939-cu ilə Almaniya Polşaya hücum etdi və qaynar II Dünya müharibəsi başlandı, heç kəs Cenevrə haq­qında belə düşünmür, baxmayaraq həmin dövrdə cəmiyyət özünü hörmətdən salmış və aradan çıxmışdı.
Ümumiyyətlə, I və II Dünya müharibələri dövründə bey­nəl­xalq sülhün və təhlükəsizliyin təşkili problemlərinin işlənib hazırlanması çox ləng gedirdi.
Bununla belə dünyanın siyasi hadisələri I Dünya müha­ribəsi və həmçinin inteqrasiya prosesləri öz fəaliyyətində Millət­lər cəmiyyətinin təcrübəsindən istifadə edən Birləşmiş Millət­lər Təşkilatının (BMT-nin) yaradılmasına gətirib çı­xarmışdır.
Hökumətlər səviyyəsində beynəlxalq təhlükəsizlik təş­kilatının yaradılması məsələsi müharibənin ilk günlərindən meydana çıxdı.
1941-ci ilin 14 avqustunda ABŞ prezidenti Franklin De­lano Ruzveld və Birləşmiş Krallığın Baş Naziri Uinston Çerçill «həm müharibədə və həm də sülh dövründə digər azad xalqlarla birlikdə işləmək» haqqında öhdəlik sənədini imza­ladılar. Sülh və təhlükəsizliyi saxlamaqda beynəlxalq əmək­daşlıq prinsipləri sonradan Atlantiya xartiyası adını almışdır.
BMT-nin yaranması yolunda əsas mərhələ 1943-cü ildə Moskvada müttəfiq dövlətlərin konfransı idi.  SSRI, ABŞ, Bö­yük Britaniya və Çin tərəfindən imza edilmiş 30 oktyabr 1943-cü il böyük və kiçik olan bütün dövlətlərin sülhsevər və müs­təqillik prinsiplərinə əsaslanaraq beynəlxalq sülhü və təh­lükəsizliyi qoruyub saxlamaq haqqında qısa müddətdə ümumi beynəlxalq təşkilatın olmasının vacibliyi haqqında Bəyan­naməni imza etmişlər.
BMT-nin yaranmasında başlıca mərhələ gələcək təş­kilatın əsas prinsipləri və fəaliyyət mexanizminin parametr­ləri haqqında razılıq əldə edilən Dumbarton-Oks (1944-cü il) Konfransı adlanır. 1945-ci ilin fevralında Yaltada (Krımda) üç dövlət başçısının – Sovet Ittifaqının, Britaniya­nın və Ameri­kanın Dumbarton-Oksedə keçirilən Konfransı­nın təkliflərini – sənədlər paketini müzakirə edib bir sıra bəndlər əlavə edərək 1945-ci ilin aprelində ABŞ-da Millətlər təşkilatının konfransını çağırmaq haqqında qərar qəbul et­dilər.
Bu qərar 1945-ci ilin 25 aprelindən 26 iyuna qədər San-Fransiskoda keçirilən və 56 ölkənin nümayəndələrinin top­laşdığı Millətlər təşkilatının müşavirəsində (ad ilk dəfə Ruz­veld tərəfindən təklif olunmuşdur) 19 fəsildən və 3 bölmədən ibarət Nizamnamə qəbul olundu.
24 oktyabrda Nizamnamə Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən təsdiq edilmişdir və qüvvəyə minmiş­dir. Həmin vaxtdan 24 oktyabr beynəlxalq təqvimdə BMT günü adlanır.
Birləşmiş Millətlər / Birləşmiş Millətlər Təşkilatı – BMT  (United Nations – UN/ United Nations Organization — UNO). BMT  dövlətlər  arasında  sülhün və beynəlxalq təhlükəsizliyin qorunub saxlanması və əmək­daşlığın inkişaf  etdirilməsi üçün uni­versal bir təşkilat  olaraq  yaradılmışdır.  BMT-nin Nizam­naməsi və beynəlxalq təhlükəsizliyin qorunub saxlan­ması və əmək­daşlığın inkişaf  etdirilməsi üçün universal bir təşkilat olaraq yaradılmışdır. BMT-nin Nizamnaməsi ancaq beynəlxalq təş­kilatların həyat fəaliyyətini tənzimləmək, eyni zamanda bütün dövlətlər üçün bərabər kollektiv təhlükəsizliyi  for­ma­laşdıran bünövrə olmaqla bütün dövlətlər üçün məcburi hesab edilən Konstitusiya sənədidir. Nizamnamə dövlətin hərbi, siyasi, iqtisadi, ekoloji, humanitar və digər sənədlərdə müxtəlif əxlaqi kodekslərini təqdim edir. BMT-nin Nizam­naməsi əsa­sında BMT çərçivəsində müxtəlif tərəfli müqavi­lələr siste­minin şaxələnməsinə başladı.
BMT-nin əsas məqsədləri:

  1. münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması;
  2. xalqın özünü dərketmə və bərabərlik prinsipinə hör­mət etmək əsasında ölkələr arasında dostluq münasibətləri­nin in­kişaf etdirilməsi;
  3. beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi xarak­terli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata ke­çirmək, bütün insanlara heç bir fərq qoymadan azadlıq, in­san hüquq­larına hörmət və onun genişləndirilməsi;
  4. müxtəlif ölkələrin razılaşması üzrə; bu məqsədlərə çat­mağa yönəldilmiş mərkəzi orqanın funksiyalarının yerinə yetirilməsi.

BMT-nin prinsipləri:

  1. onun bütün üzvlərinin bərabərliyi;
  2. nizamnamə üzrə qəbul edilən öhdəçiliyi vicdanla ye­rinə yetirmək;
  3. beynəlxalq münasibətlərin sülh vasitəsi ilə həll edil­məsi;
  4. beynəlxalq münasibətlərdə bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etmək;
  5. bu prinsipləri qəbul etməklə bütün hərəkətlərdə Təşkila­tın bütün üzvlərinə köməklik göstərmək;
  6. beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək BMT-nin üzvü olmayan dövlət BMT-nin prinsiplərinə uyğun ola­raq lazım gələrsə  hər şeyi təmin etməlidir;
  7. dövlətlərin daxili işlərinə qarışmamaq;
  8. insanların əsas hüquq və azadlıqlarına hörmət etmək;
  9. xalqların özünüidarə etməsi və bərabər hüquqlu ol­ması;
  10. əməkdaşlıq və tərksilah.

BMT tövsiyələr, bəyannamələr, tədbirlər işləyib ha­zırlayır və üzvlərinə öz qanunvericiliklərinə və normativ aktlara daxil etməklə həyata keçirməyi təklif edir. BMT la­zımi tədbirlər hazırlamaq,  onların hərəkət  koordinasiya  et­məkdə    dövlət­ləri qıcıqlandırmağa cəhd göstərir.BMT Ni­zamnaməsinin mü­qəd­diməsində elan edir: «Biz Millətlər Təşkilatı tam qətiy­yətlə beynəlxalq hüquq normalarından və müqavilələrdən çıxan gələcək nəsli insan şəxsiyyətinə, ləyaqə­tinə toxunan, onlara kədər,  qəm   gətirən   müharibədən  azad  olmaq,  insan hüquq­larını bir daha qoruyub saxlamaq, kişi və qadınların, böyük və kiçik xalqların hüquq bərabər­liyini təmin etmək, götürülən öhdəçiliyə hörmət etmək, əda­lətliliyi gözləmək, sosial tərəqqiyə yardımçı olmaq və bu məqsədlərlə dözümlü olmaq, rəhimli qonşular kimi bir-biri ilə sülh şəraitində yaşamaq, bey­nəlxalq sülhü və təhlükə­sizliyi qoruyub saxlamaq üçün bütün qüvvələri birləşdirmək, qəbul edilmiş prinsipləri və metodları təmin etmək, hərbi gücü ümumi maraq baxımından tətbiq etmək və beynəlxalq aparatı bütün dövlətlərin iqtisadi və sosial tərəq­qisində isti­fadə etmək və bu məqsədlərə çatmaq üçün GÜCÜMÜZÜ BIRLƏŞDIRMƏK QƏRARINA GƏL­DIK».
BMT-nin yarandığı gündən üzvlərinin sayı 1945-ci il­dəki 51 ölkədən, 1960-cı ildə 99-a qədər artmışdır, hazırda 191 dövlət BMT-nin üzvüdür. 192 müstəqil ölkədən indiyə qədər Vatikan onun üzvü deyil. Belə ki, Vatikanda haki­miyyət Roma Papasına məxsusdur (2002-ci ildə müstəqil öl­kələrin sayı Timor Adalarının Indoneziyadan ayrılaraq müstəqil dövlət olması ilə əlaqədar olaraq 191-dən 192-yə qalxmışdır).
BMT ən nəhəng beynəlxalq təşkilatdır. 191 dövlət onun üzvü olmaqla təcrübi cəhətdən dünyanın bütün ölkələrini təmsil edir.Hər bir ölkədə onun nüma­yəndəliyi və missiyası vardır. Bu təşkilatın hər hansı bir məsələni həll etmək  spektri çox genişdir. Əgər əvvəllər təhlü­kəsizlik əsas istiqamət hesab edilirdisə, indi isə iqtisadi təsir ilkin plan hesab edilir.
BMT-nin üzvü olan bütün dövlətlər hər il BMT-nin büdcəsinə öz üzvlük haqqını köçürür. Üzvlük haqqının həcmi BMT-nin büdcəsinin 25 %-dən çox və 0,001 %-dən az olmaqla hər bir ölkənin milli məhsulunun həcmindən asılı olaraq Baş Assambleya tərəfindən müəyyən edilir.
Hazırda üzvlük haqqı BMT büdcəsində ABŞ üçün 25 %, Yaponiya üçün 18 %, Rusiya üçün 2,8 % və Qvineya-Bi­sau üçün 0,001 % təşkil edir. Təşkilatın üzvlüyünə qəbul Nizamnamə üzrə öz öh­də­çiliyini qəbul edən və bu öhdəçiliyi yerinə yetirə bilən və ya yerinə yetirməkdə həvəsi olan bütün sülhsevər dövlətlər üçün açıqdır.

Mənbə.kayzen.az