Bu nişanələr göstərir ki, insanın tövbəsi qəbul olunub

Qurani-Kərim və hədislər bizləri dəfələrlə tövbə etməyə dəvət etmiş və Allahın bağışlayan və mehriban olduğunu vurğulamışdır. Tövbənin lüğətdəki mənası – qayıtmaq deməkdir. Yəni, insan getdiyi səhv yoldan qayıdar və Allaha doğru üz tutar.

Tövbənin fəlsəfəsi – ruhu və canı günahın çirkinliklərindən təmizləməkdir. Necə ki, insan paltarı çirklənən zaman, onu su ilə yuyub təmizləyər, tövbə də ruhu və canı su kimi yuyub,  günahınçirkinliklərindən təmizləyər.

Bəs tövbəmizin qəbul olmasını necə anlaya bilərik?

Allah Təala Buyurur ki, mən həqiqi tövbəni qəbul edirəm. Həqiqi tövbə o tövbədir ki, müəyyən şərtlərə müvafiq olur və hər kim bu şərtlərə əməl edərsə, o zaman tövbəsi həqiqi ola bilər. Bu şərtlərə: insanın qəlbən peşman olması, onu dilinə gətirməsi, Allah dərgahında günahını boynuna alıb, ona görə ah-nalə etməsi, istiğfar etməsi və bu kimi mövzular daxildir.

Tövbəmizin qəbul olunmasını anlamağımıza yardım edən nişanələr bunlardır:

1. Tövbə etdikdən sonra insan ruhunda olan xüsusi sevinc və şadlıq hissi.

 

2. İnsan günahından peşman olmasını Allaha ciddi şəkildə çatdıra bilərsə, o zaman tövbəsi qəbul olar. Yəni, Allahla münacat edərək, həqiqətən peşman olmasını həm dili, həm də ruhu ilə bəyan etməlidir. Bu zaman əgər ruhunda inqilab hiss edərsə, deməli tövbəsi qəbul olmuşdur.

 

3. Allahın bağışlayan olmasına bütün varlığı ilə ümid etmək və təvəkkül etmək də bu nişanələrdən biridir.

 

4. Günaha qarşı meylimizin azaldığını hiss ediriksə, deməli tövbəmiz qəbul olmuşdur. (Beytutə)

 

Bu mübarək ayların fəzilətindən istifadə edərək, tövbə etmək fürsətini əldən verməyək.

 

Qaynaq. /Deyerler.org/

Bir Cevap Yazın

Your email address will not be published.