Yuxuda Ağlamaq

Yuxuda Ağlamaq

Tövbə edərək ağlamaq. Hər hansı bir pis əməlinizdən dolayı tövbə edərək ağlayırsınızsa bu yaxşı günlərin başladığı anlamına gəlir. Bu yuxu sizi mənəvi rahatlığa qovuşduracaqdır. Göz yaşı ilə ağlamaq. Əgər yuxuda ağladığınızda göz yaşınız göz qapaqlarının kənarında toplanıb qalmışsa bu mal mülk sahibi olacağınız, qıtlıqların ortadan qalxacağı anlamına gəlir. Əgər siz yuxuda ağlarkən göz yaşlarınız da real həyatda gözlərinizdən süzülürsə sevinə bilərsiniz. Çünki, bu arzularınızın reallaşacağı kimi izah edilir. Hönkür-hönkür ağlamaq. Siz əgər yuxuda bağıraraq ağlayır və özünüzü haldan salırsınızsa gerçək həyatda buna bənzər bir hadisə yaşayacağınız güman edilir. İnanca görə bu şəkildə yuxu görənin başına bənzər hadisə ya da bəla gələcəkdir. Yuxuda qan ağlamaq. Əgər siz yuxunuzda göz yaşları yerinə qan ağladığınızı görürsünüzsə, bu yaxınlarınızda birini itirəcəyiniz və bunun üçün xeyli kədərlənəcəyiniz anlamına gəlir. Yuxuda sevincdən ağlamaq. Eyni ilə real həyatdakı şəkildə izah edilən bu əlamət xoş hadisələrin olacağı şəkildə izah edilir. Yuxunu görən şəxs arzularına çatacaq və uğur qazanacaqdır. Məsciddə ağlamaq. Həyata keçirdiyinin yaxşı əlamətlərin Allah tərəfindən qəbul edildiyinə işarə edər. Bu yuxu eyni zamanda qayğıların tez bir zamanda yox olacağına da işarə edər. Ancaq, yuxu uzun zamandır davam edən və təkrarşılığı ilə sizi təngə gətirən qarşılıqlı münasibətin sona yetəcəyinə işarədir. Ölən birini qucaqlayaraq ağlamaq. Həyatda, xüsusi ilə də iş həyatında ortaya çıxan problemin yox edilməsi üçün ehtiyacduyulan köməyin yaxın dost tərəfindən olacağına işarə edər. Bu eyni zamanda çətinliklərin aşılması və iş həyatında başlanan yeni mərhələnin uğurlu olacağı anlamına gəlir. Məzar üstündə ağlamaq. Uzun zamandır davam edən problemli dönəmin ayrılıqla bitəcəyi şəklində izah edilən bu yuxu, eyni zamanda dost xəyanətini də istisna etmir. Dost və ya yaxın birinin xəyanəti sizi üzüntüyə salacaq, maddi çətinlik çəkəcək və sağlamlıqla əlaqəli problemlərlə qarşılaşacaqsınız. Mənbə.bilgibazarı.com
568 Views