Eqoizm və Lider Olmanın Problemləri

Mübarizə və ya şöhrətpərəstlik. Bunlar arasında bir baxıma böyük fərq olsa da, bir başqa bucaq altında bəhs olunan anlayışlar arasında fərq xeyli azdır. Didər sözlə, bəzən mübarizə və şöhrətpərəstlik biri-birindən ayrılmaz parçalardır. Time jurnalının 13 fevral 2006-cı ildə dərc etdiyi sayısında şöhrətpərəstlik istəyinin bəzən acımasız mübarizə ortaya çıxardığını ifadə edir. Dünyanı toplamı “0” (sıfır) olan oyun kimi qələmə verən jurnal bu fikri aşağıdakı kimi açıqlamışdır.

“Ailəniz üçün ovladığınız bir heyvan və yaxud da işğal etmiş olduğunuz torpaq, bir başqa ailəyə daha az heyvan və ya torpaq düşməsi anlamına gələr. Yəni, siz varlandıqca kimsə daha da kasıblar yə ya tam tərsi müşahidə edilər.”

Eyni zamanda şöhrətpərəstlik və bu istəkdən doğan mübarizə əzmi hərkəs üçün bərabər paylanmamışdır. İnsan genetikasından, qan bağı və ya sosial mühitdən aslı olaraq bu istək arta və ya azala bilər. Əldə etmə hərisliyi olaraq da adlandırabiləcəyimiz bu istəyi Amerikanın Soka Universitetindən Edward Lowe bu şəkildə dilə gətirir. “Sosial mühitdə tutduğu mövqeyindən aslı olmayaraq hər cəmiyyətdə bəzi insanlar daha yaxşını əldə etmək üçün digərlərindən daha aqressivdirlər.

Bir başqa araşdırmada yuxarıda bəhsolunanların insan geni ilə yaxından əlaqəli olduğunu ortaya qoymaqdadır. Digər bir sözlə, bəzi cəmiyyətlər daha əndişəli və aqressivdirlər. Məsələn, Amerika Birləşmiş Ştatlarında toplumsal şüur “ilk əvvəl özüm” şəklindədir. Bu Amerika tərzi model bəzilərinə uğur, zənginlik verərkən, bəzilərini isə yoxsul vəziyyətinə salar. Eyni zamanda bəhsolunan hərislik silahının həmin şəxsin özünə yönəlmə ehtimalı da yüksəkdir. Bir baxıma risk, cəmiyyət arasında təbəqələşməni artıran bu anlayış fərqli ölkələrə görə dəyişkəndir. Tədqiqatçı Demerath bu mövzuda iki fərqli cəmiyyət arasında həyata keçirdiyi araşdırma nəticəsini bu şəkildə dilə gətirir.

Amerikan sayağı mühitdə böyüyən uşaqlarda əldə etmək hissi zamal keçdikcə o qədər böyüyür ki, onlar tez bir zamanda aldatma, yaşıdlarını yarı yolda qoyma kimi yollara üz tutarlar.

İkinci cəmiyyət isə, Yeni Qivineyadan bəhs edir. Bir il müddətində qivineyalı uşaqlarla vaxt keçirən Demerath onların öyrənmə vərdişlərinə diqqət yetirmişdir. Tədqiqatçı nəticənin Amerikadakından olduqca fərqli olduğu qənaətinə gəlmişdir. Belə ki, uşaqlarda fərdi deyil, toplu şəkildə öyrənmə vərdişi üstünlük təşkil edir. Yəni, daha bilikli azyaşlılar məktəbdə öyrəndiklərindən dolayı digər həmyaşıdlarını qınamır və özünü ondan üstün saymağa çalışmır. Çünki, ölkə kənd təsərrüfatı və balıqçılıqla gəlir əldə edir və xəstələndiyindən dolayı tarlasına diqqət yetirəbilməyən birini digər kəndlinin əvəzlənməsi toplumsal fayda adına olduqca önəmlidir. Bu baxıma Yeni Qivineyada köhnə və yeni nəsil daha çoxuna nail olmaq hərisliyi üçün mübarizə aparmır.

Eyni zamanda kollektivçilik hər zaman davam etmir və mühitdən aslı olaraq dəyişə bilir. Məsələn, Amerikaya bir zamanlar gəlmiş İspanlyalı köçkünlər Yeni Qivineyadakı kimi kollektiv işə önəm versələr də, zaman keçdikcə onların Amerika mühitində yerli əhalidən daha çox uğur qazandıqları müşahidə edilmişdir. Araşdırmaçı primatoloq (primatlar üzərində tədqiqat edən şəxs) Frans de Wall şimpanzelərini müşahidə edərək bu şəkildə bir qənaətə qəlmişdir. “Kənarda duran və sakit görünən bir şimpanze əlinə fürsət düşdüyü zaman ider şimpanzeni taxtından salaraq tamamən başqa bir xarakterə bürünə bilir. 90% insanın belə olduğuna inanıram.”

Ancaq həddən artıq şöhrətpərəstlik ya da daha artığına sahib olmaq hərisliyi özü ilə bərabər bir sıra təhlükələri də gətirir. Yəni, üstün olmaq arzusu təzyiq və ürək xəstəlikləri, stress, qayğı kimi bir sıra problemlərə səbəb olmaqdadır. Misal olaraq lider qurdları göstərmək olar. Tədqiqat nəticəsində məlum olmuşdur ki, bu heyvanların qanlarında xolesterol miqdarı həddindən artıq dərəcədədir. Eyni zamanda lider şimpanzelərdə də ürək xəsləlikləri geniş yayılmışdır.

Qaynaq: Time, 13.02.2006

Mənbə. bilgibazarı.com