Arılar Olmazsa Dünya 4 İl Var Ola Bilər

İnsanlar arıları bal verən və onlara toxunulduğu zaman sancan canlı olaraq dəyərləndirmələri olduqca yanlış düşüncədir. Var olan həşəratlar içində ən önəmli fəaliyyəti həyata keçirən arılar eyni zamanda bal şanılarında inşa etdikləri səhvsiz altı bucaqlı fiqur ilə nə qədər qüsursuz olduqlarını göstərməkdədirlər.

Enişteynin “arılar olmazsa insanlar ancaq 4 il yaşaya bilər” şəklindəki açıqlaması son illərdə sürətlə azalan arı topluluğunun nə qədər ciddi məsələ olduğuna diqqət çəkməlidir. Yerüzərindəki 130 min çeşiddə bitkinin tozlanmasını həyata keçirən arılar insanların ehtiyaclarını təmin etməkdədirlər. Digər bir deyişlə arıların yox olması kürəsəl isinmə, buzlaqların əriməsi və nəticədə bəzi canlıların ölməsi, qida qıtlığının yaranmasından dolayı aclıq və xəstəliklərin artmasına yol aça biləcəkdir. Yəni, günümüzdə dünyada insanlar üçün var olan 115 təməl qida məhsullarının 87-i arıların tozlanma fəaliyyəti nəticəsində qarşılanır və bu rəqəm dünya bazarında var olan 3 trilyon dollarlıq qida məhsulunun 1 trilyonunu təşkil edir. Toplamda insanlar bu məhsullardan orqanizm üçün lazım olan vitaminin %35-ni tədarük edir.

Bu gün Braziliya, Çin və bir sıra Avropa ölkələri arıların azalmasından dolayı əndişələnirlər. Rəsmi məlumatlar 2018-ci ildə İngiltərə hüdudlarında arıların böyük əksəriyyətinin yox olacağını və nəticədə kənd təsərrüfatının məhvə gedəcəyini deyir.

Mənbə. bilgibazarı.com