Hələ də «Oskar» mükafatına layiq görülməmiş əfsanə qadınlar

Bu aktrisaların canlandırdıqları möhtəşəm obrazlara rəğmən hələ də “Oskar” mükafatını əllərinə almadıqlarına inana bilməyəcəksiniz:

Helena Bonham Carter

Fight Club, Harry Potter,  Les Misérables , Cinderella,  Charlie and the Chocolate Factory,  Alice in Wonderland kimi filmlərdə rol alan canlı əfsanə Helena dəfələrlə «Oskar» və «Qızıl Qlobus» mükafatlarına namizəd olsa da, hələ də onlardan heç birini qazanmamışdır. Məyus olma, Helena, sən onlara deyil, onlar sənə layiq görülməmişdir!

Demi Moore

Deminin ulduzu 90-cı illərdə parladı. Amma nə parladı! Ghost,  G.I. Jane filmləri ilə qəlblərə girən gözəl aktrisa hələ də «Oskar» mükafatı ilə öyünə bilməyib.

Keira Knightley

Pride & Prejudice, Anna Karenina, A Dangerous Method,  King Arthur, Collateral Beauty kimi filmlərdə baş rollarda olan Keira 2 dəfə «Oskar» mükafatına namizəd olub. 2015-ci ildə ana olduqdan sonra aktrisa əvvəlki qədər sıx filmlərə çəkilməsə də, əminik ki, o, bir gün «Oskar» mükafatını alaraq, heyranlarını sevindirəcək.

Uma Thurman

Tarantinonun ilham pərisi uzaq 1995-ci ildə «Oskar» mükafatına namizəd olmuşdur. Kill Bill, Les Misérables, Gattaca kimi möhtəşəm filmlərdə rol almasına baxmayaraq, hələ də mükafata layiq görülməmişdir.

Marilyn Monroe

Bəli. «Vaxtı ilə Hollywoodun ən tələbolunan aktrisası olan Marilyn «Oskar» mükafatına namizəd belə olmadan dünyadan köçdü.

Mənbə. bildirchin.az

Bir Cevap Yazın

Your email address will not be published.