Dünyanın ən uzun ağacı

Dünyanın yaşayan ən uzun ağacı 115.55 metrlik boyu ilə Şimali Kaliforniyadakı “Redwood Milli parkı”nda yaşayan Hyperion adlı sahil sekoyasıdır (Sequoia sempervirens).

Hyperion Chris Atkins və Michael Taylor tərəfindən, 25 avqust 2006-cı ildə müəyyən edilib. Ağacın yaşının 800-ə yaxın olduğu söylənilir. Ağac Stephen Sillet tərəfindən 115.55 m olaraq ölçülüb. Hal-hazırda Guinessin rekordlar kitabında dünyanın ən uzun ağacı rekorduna sahibdir.

Ağac 1978-ci ildə satın alınan “Redwood Beynəlxalq və Əyalət Parkı”nın ərazisində tapılıb. Ziyarətə gələn insan sayının artacağını və ağacın təbii yaşayış ərazisinin zərər görə biləcəyini nəzərə alaraq ağacın dəqiq yeri ictimaiyyətə açıqlanmır.

 

Mənbə. bilgibazari.com istinadən

Bir Cevap Yazın

Your email address will not be published.