Dünyanın ən uzun quru heyvanı-Zürafə

 

Zürafələr dünyada ən uzun quruda yaşayan heyvandır. Onun boyunun uzunluğu 4 ilə 6 metr arasında dəyişir. Dərisinin rəngi ağ-krem rəngli örtük üzərində qara və qəhvərəngli xallardan ibarətdir. Zürafələrə cənubi və şimali Afrikada adətən savanna otlaqlarında və seyrək meşəliklərdə daha çox rast gəlinir.

Erkək zürafələrin boyunun uzunluğu 4.4-5.5 metr arasında dəyişir və çəkisi isə 1.5 tona qədərdir. Bu günə qədər qeydə alınmış en uzun zürafə 5.9 metr və 2 ton ağırlığında olmuşdur. Dişilər isə həm boynun uzunluğuna həm də çəkisin görə erkəklərdən daha az olurlar. Həm dşilərində həm də erkək cinsində buynuz vardır və buynuz bərkimiş qığırdaqdan ibarətdir. Erkək cinsi yaşlandıqca kalsiumun təsirindən buynuzlar daha da inkişaf edir.
Bu heyvanlar çox zəif səs tellərinə sahindirlər və 35-40 sm lik qara rəngli dilləri vardır. Boyunlarının uzun olmasından dolayı qanın beyinə çatdırılması çətindir və elə bu səbəbdəndir ki, çox böyük qəlbə sahibdirlər. Zürafələr gündə ən az 10 dəqiqə, ən çox isə 2 saat yatırlar.
Eyni zamanda bu heyvan cinsi nəsli kəsilmə təhlükəsi yaşayan heyvanlardandır. Dünyada təxminən 100.000 ilə 150.000 arasında zürafənin yaşadığı güman edilir və bunların demik olar ki, hər biri Afrikada yaşayır. İlk sıraları isə Kenya və Tanzanya tutur. Bu ərazilər onlara yaşama üçün əlverişlidir. Çünki, bu ərazilərdə geniş yayılmış o qədər də hündür olmayan akasya ağacları Zürafələrə həm qidalanma həm də olabiləcək təhlükəni görəbilmə üstünlüyü verir.
Dediyimiz kimi, hardasa Zürafələrin hər biri Afrikada yaşayır və onlar 6 çeşidə ayrılmışdır. Bunlar, Cənubi Afrika Zürafəsi, Somali Zürafəsi, Angola Zürafəsi, Maasai Zürafəsi, Nubian Zürafəsi, Qərbi Afrika Zürafəsi və Uganda Zürafəsidir.
Mənbə.bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.