Heyvanlar Yuxu Görürmü ?

Heyvanlar Yuxu Görürmü ?

  Heyvanların yuxu görüb-görmədiklərini müəyyən etmək üçün alimlər uzun müddət araşdırma həyata keçirmişlər. İlk əvvəl insan beyninin yuxuda olarkən və yuxu görərkən vəziyyəti üzərində analizlər həyata keçirilmiş, məlum olmuşdur ki, insanlar yuxuda olarkən əzələlər iflic olurlar. Bu səbəbdən də yuxuda hərəkət etdiyini görən birinin real həyatdakı bədəni hərəkətsiz qalır. Heyvanların da yuxu görüb-görmədiklərini aşkar etməyə çalışan Fransız alim pişiyin beyni üzərində tədqiqat edərək nəticə əldə edə bilmişdir. 1965-ci ildə həyata keçirilən tədqiqatda pişiyin beyninin onu yuxuda olarkən iflic vəziyyətə gətirən hissəsi çıxarılmışdır. Bu yolla yuxuda olan pişiyin siçanı tutmağa çalışma kimi hərəkətlər etdiyi müşahidə edilmişdir. Eyni zamanda itlərin və pişiklərin də yuxu gördükləri məlum edilmişdir. Ancaq, bununla bərabər bütün heyvanların yuxu görmədiyini də bilməkdı fayda vardır. Qaynaq. bilgibazari.com
568 Views