Nəyə Görə Əsnəyirik ?

Beyinə oksigen vermək və ya yorğun olduğumuz üçün yox, beyni “sərinlətmək” üçün əsnəyirik.

Son araşdırmalara görə, əsnəməyin yorğunluqla əlaqəsi yoxdur, beyni sakitləşdirmək və daha dəqiq düşünmə üçün əsnəyirik. Beyni sakitləşdirmək yerinə, beyni sərinlətmək desək daha doğru olar, çünki beyində də kompüterlər kimi yüksələn istilik dərəcəsi var. Beyin çox istifadə edildikdə və yorulduqda ürək döyüntüləri və qan dövranı sürətlənir, beynə hava göndərililərək istilik dərəcəsi nizamlanır.

Əvvəllər beynə oksigen ötürmək üçün əsnədiyimiz düşünülürdü. Ancaq idman edərkən normaldan daha çox oksigenə ehtiyacım olur, lakin əsnəmirik. Deməli əsnəmək və oksigen ehtiyacı bir-birilə əlaqəli deyil.

Bəs Nəyə Görə Yorğun və Yuxuluykən Əsnəyirik ?

Çüni yuxu ehtiyacı və yorğunluq da beynin istilik dərəcəsini artırır və oyaq qalmağa çalışmağın əksinə, istilik dərəvəsini nizamlamaq üçün əsnəyirik.  Vyana Universitetindəki bir araşdırmaya görə, əsnəmənin çoxluğu iqlim və mövsümlərdən asılı olaraq dəyişir. Məsələn, yay fəsli zamanı çox isti olan Arizonada yaşayanlar qış aylarında daha çox əsnəyir. Qış aylarının daha soyuq olduğu Vyanada yaşayanlar isə yay ayları daha çox əsnəyir.

Əsnədiyimiz zaman üzümüzdəki əzələlər dartılır və gözümüzün alt hissəsi təzyiqə məruz qalır. Buna görə də əsnədiyimiz zaman gözyaşımız axır. Çox güldüyümüz zamanlarda gözlərimizin yaşarmasına səbəb də budur.

Mənbə. bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.