Qarpız ve yemiş haqqında

Qarpız-Citrullus Vulgaris Schrad balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,bostan bitkisi kimi Azərbaycanda geniş becərilir.
Qarpızın tərkibində şəkər (qlükoza),boyayıcı maddələr,üzvi turşu (alma turşusu) karotin,B1,B2,C vitaminləri,dəmir və kalsium duzları vardır.Onun şirəsindən xalq təbabətində böyrək xəstəliklərində sidikqovucu kimi,eləcə də malyariya əleyhinə istifadə edilir.

Qarpızın qabığından həm təzə,həm də quru halda uşaqlarda kolit olanda işlədilir.Gəncə konserv zavodunda qarpız marinadası hazırlanır ki,bu
da xronki mədə xəstəliklərində həzm prosesini yaxşılaşdırmaq üçün çox xeyirlidir.

Yemiş-Melo Adans balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,tərkibində çoxlu miqdarda şəkər,C vitamini,fole və nikotin turşuları,karotin vardır.Yemişdən hazırlanmış riçalı,mürəbbəni,doşabı,və yemiş qurusunu ürək-damar sistemi,qaraciyər,böyrək xəstəliklərində,eləcə də qanazlığı zamanı qəbul etmək məsləhətdir

 

Soyuq qarpız öz faydalı xüsusiyyətlərini itirir

Amerikalı alimlər Penelope Perins-Vizi və Culiya Kollin bildirmişlər ki, otaq tempuraturunda saxlanılan qarpızlarda tədricən karotinoidlərin tərkibi çoxalır. Soyudulmamış qarpızlar da 20%-dən çox beta-karotinlər və likopenlər olur. Bunlar arasındakı fərqi hətta adi gözlə də görmək olar: otaq temperaturunda 2 həftə saxlanmadan sonra qarpız tündəlşir, onun qabığı nazikləşir.
Soyuducuda saxlanılan qarpızlarda qabıq onun dərildiyi vaxtda olduğu kimi qalır. Bu isə o deməkdir ki, otaq temperaturunda qarpızlar yetişməkdə davam edir, soyuducuda isə bu proses dayanır. Lakin söhbət yalnız kəsilməmiş qarpızdan gedir. Kəsilmiş qarpızı isə soyuducuda saxlamaq olar.
Əgər siz qarpızı otaq temperaturunda saxlamışsınızsa, yeməmişdən əvvəl onu soyutmaq olar. Bu halda qısamüddətli soyutma ondakı faydalı maddələrin itməsinə gətirib çıxartmır. Buna oxşar tədqiqatlarda müəyyən edilmişdir ki, şaftalı və bananların da faydalı xüsusiyyətləri otaq temperaturunda artır.

Mənbə. kayzen.az istinadən

Bir Cevap Yazın

Your email address will not be published.