Bitkilər də Ağrı Hiss Edir?

Son tədqiqatlar bitkilərdə də hissiyyatın ola biləcəyini bildirir. Çox həssas və lazer texnologiyası ilə idarə olunan mikrofonlarla edilən araşdırmada, yarpaqları qoparılan bitkilərin “ağladığı” müşahidə olundu. Yəni bir bitkiyə zərər vermək istəyərkən yaxşı-yaxşı fikirləşin.

Almaniyanın Bonn şəhərində olan Bonn Universitetinin Tətbiqi Fizika Bölməsindən olan tədqiqatçılar təhlükə zamanı bitkilərin bütün səthlərindən etilen adlı bir qaz ifraz etdiklərini kəşf etdilər.

 

Bitkilərin xüsusilə ziyan görmüş bölgədən ifraz etdikləri bu kimyəvi qazı bir qab içərisindən keçirən tədqiqatçılar, bu qaza xüsusi olaraq kalibrasiya edilmiş lazer bombardmanı tətbiq etdilər. Beləcə titrəşən kimyəvi qaz, səs dalğaları meydana gətirməyə başladı. Bunu da, həddindən artıq həssas bir mikrofonla dinləyən tədqiqatçılar, sağlam olan bitkilərdən fərqli olaraq  təhdid altında olan bitkiden bir qışqırığa / cırıltıya bənzəyən səsin gəldiyini müşahidə etdilər. Ən kiçik bir böcək dişləməsi belə bu səsin meydana gəlməsinə səbəb olur. Tədqiqatın başında olan Dr. Frank Kühnemann belə deyir:

“Bir bitki nə qədər stressə məruz qalırsa, səs də o qədər çox şiddətlənir.”

Hər nə qədər tədqiqatçıların bu kəşfi, bitkilərin də duyğuları ola biləcəyini hələlik isbat etməsə də, Dr. Kühnemann bitkilərin bir “hücumu” bildirmək üçün etilen ifraz etdiklərini fikirləşir və sözünü belə bitirir:

“Bəlkə də bitkilər və ağaclar bir-birləriylə ‘danışırlar’…”.

Mənbə. bilgibazarı.com