Qarğaların Möhtəşəm Zəkası (video)

İnsan dünyada tək zəka sahibi canlı deyil.  Müasir elm dünyasında beyni olan hər canlının müəyyən dərəcədə də olsa şüuru vardır. Heyvanlar sadəcə öz instinktləri ilə davranmırlar və avtomatik bir cihaz deyillər. Onlar da bizim kimi düşünür, analiz edir və qərar  verirlər. Lakin, insan xaric digər canlıların davranışlarının böyük bir qismini instinktlər, “sabit hərəkətlər şablonu” deyilən davranışlar toplusu təşkil edir.  Buna görə də, ətraflı şəkildə incələməyib kənardan baxıldığı zaman onların robot kimi davrandıqları düşünülür. Əslində isə bu səhv düşüncədir.

Aşağıdakı videoda ən şüurlu canlılardan olan qarğaların çətin sınaqlardan necə çıxdığını izləyə bilərsiniz.  Necə ki, insanlar bir problemi həll edərkən əvvəlcə sınayır, yoxlayır, müşahidə edir və sonra qərar verir, eynilə qarğalar da qarşılaşdığı problemi bu cür həll edir. Videodakı hissəcikləri tanısa da, ilk dəfədir ki belə bir sınaqla üzləşib. Buna baxmayaraq zəkası sayəsində problemi çox vaxt sərf etmədən həll edir.

Mənbə. bilgibazarı.com

\