Kaktuslar və Radiasiya

El arasında kaktuslar radiasiyanın qarşısını almaq xüsusiyyəti ilə məşhurdur və kompüter olan otağa kaktus qoyulması məsləhət görülür. Bəs bu nə dərəcədə doğrudur?

İlk olaraq bu barədə heç bir elmi araşdırmanın mövcud olmadığını bilməliyik. Bu məlumatın mənbəyi isə 1980-ci illərdə İsveçrənin Chardonne şəhərində yerləşən Geologiya İnstitutunda baş verən hadisə ilə bağlıdır. Burada işçilər və vaxtının çoxunu kompüter qarşısında keçirən mütəxəssislər baş ağrısı və yorğunluq kimi

əlamətlərə sahib olarkən,  laboratoriyalara kaktusların qoyuluşundan sonra bu halların azalması müşahidə olundu. Daha sonra isə bunun səbəbi tam olaraq araşdırılmamışdır.  Hadisə barədə məlumat isə sürətlə Şərqi Avropa ölkələrinə kaktusların radiasiyanı əmdiyini və qoruyucu bir qalxan vəzifəsi gördüyü iddiası ilə yayıldı. Qərbi Avropa və ABŞ-dakı bir çox kaktus istehsalçısı və mütəxəssisinin isə bundan xəbəri belə yoxdur.

Ümumiyyətlə hər bir canlı və ya əşya müəyyən miqdarda radiasiyanı udur. Ancaq bunların hər birinin öz həddi vardır. Əsas məsələ isə kaktusların radiasiyanı udmaqda digər varlıqlara görə daha üstün olub-olmadığıdır. Daha əvvəl qeyd etdiyimiz kimi bu bərədə heç bir elmi araşdırma yoxdu. Digər tərəfdən isə hazırkı kompüterlərin ekranı insan sağlamlığına ciddi zərər verə biləcək səviyyədə deyil. Yaxın keçmişdə ekran texnologiyasında təsvirin yaranması üçün elektronların ekrandakı bir nöqtəyə (pikselə) vurulasından istifadə olunurdu. Zərbənin gücünə görə isə pikseldə fərqli təsvirlər meydana gəlirdi və buna görə də yaydıqları radiasiya miqdarı xeyli yüksək idi. İndi isə LCD və LED ekranlarda diodlardan istifadə  olunur.

Yekun olaraq kaktuslarınızı kompüter yanında deyil günəş qəbul edə biləcəkləri yerə qoymağı məsləhət görürük, çünki buna ehtiyacları var.

Mənbə. bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.