Üz Dərisi İsti Yoxsa Soyuq Su İlə Yuyulmalıdır ?

Əl və üz təmizliyi insanın həm gigyenik, həm də pisixolojik olaraq rahatlıq tapmasına səbəb  olur. Əlimizin dərisinin nisbətən sərt olması onun daha rahat ovuşdurularaq kirlərdən təmizlənməsinə səbəb olsa da, üz qabığımız nisbətən zərifdir. Üzümüzü yumaqda məqsəd dərimizdə yer alam kirləri yox etmək olduğundan

xüsusi diqqətlə yuyulması gərəkməkdədir. Dərinin istənilən kimi yuyulması eyni zamanda dəridəki boşluqların təmizlənməsinə səbəb olaraq daha rahat nəfəs almasını təmin etməklə bərabər, istifadə etdiyimiz kremlərin bir başa təmas yaratmasından dolayı daha da faydalı olmasına şərait yaratmaqdadır. Yəni üzün istənilən kimi təmizlənməsi nəticəsində kremlər dərinizi daha yaxşı qidalandıracaqdır.

 

Üz necə yuyulmalıdır ?

Üzünüzü isti ya da soyuq su ilə yumaqda tərəddüd eirsinizsə boşuna fikirləşməyin. Ən ideal temperatur ilıq olanıdır. İsti su dərinizin təravətini itirib qurumasına yol açarkən, soyuq su kirlərin tamamı ilə təmizlənməsinin qarşısını alacaqdır. Bu baxımdan ilıq su ən yaxşı seçim seçimdir. Eyni zamanda dərinizə uyğun sabubdan istifadə etməyiniz ən önəmli məsələlərdəndir. İlk əvvəl sabunu əlinizlə köpürərək alın, burun kənarları və göz ətrafı ilə yanaqlarınıza çəkin. Daha sonra bir qədər ovuşduraraq kirləri yox edin və ilıq su ilə yuyaraq, əl dəsmalı ilə qurulayın.

Mənbə. bilgibazarı.com