Woodstock Festivalı, 1969-cu il.

 

Rəsmi adı Woodstock  Music and Art Fair olan festival 15-18 avqust, 1969-cu ildə Bethel, New Yorkda keçirilmişdir. Həmin dövrdə Vyetnam savaşına əleyhinə təşkil olunan protest nümayişlərinə  qarşı təzyiq

var idi və bu vəziyyət hippilərin ümidsizliyə qapılmasına səbəb olmuşdu.

1969-cü ildə reallaşdırılan bu festivalın sloqanının 3 gün ərzində sülh və musiqi olmasının səbəbi də bu ümidsizlikdən uzaqlaşmaq idi. Festivalın təşkilatçılarından olan Michael Lang bir müsahibəsində qeyd etmişdir ki,  “Son illərdə universitet kampuslarında, yoxsul məhəllələrdə və ölkənin hər tərəfində protestlər var, Woodstockda bütün siyasi qayğılarımızı bir kənara qoyub, enerjimizi sülhə yönəltdik”. 1960-cı illərin bir çox alternativ mədəniyyətlərinin toplandığı festivala Amerikanın hər yerindən 450000 gənc qatılmışdı. Festivalda Jimi Hendrix, the Who, Janis Joplin, Crosby, Stills, Nash və Young, Richie Havens, Jefferson Airplane, Joan Baez kimi sənətçilər və qruplar performanslarını göstərmişdirlər. Woodstock  1960-cı illərin depressiyaya düşən gəncliyinin birliyinin simvolu olmuşdur. Aşağıda bu festivaldan şəkilləri görə bilərsiniz

 

Mənbə. bilgibazarı.com