Xərçəng xəstəliyi

Dövrümüzün vəbası sayılan xərçəng xəstəliyi insan bədənində olan hüceyrələrin bölünmələrinin sıradan çıxması ilə müşahidə olunan xəstəlikdir.
Hər xəstəlikdə olduğu kimi xərçəng xəstəliyində də xəstəliyin tez vaxtlarda müalicəsi son dərəcə vacibdir.Xərçəng müalicələrini Klassik xərçəng müalicəsi və Alternativ xərçəng müalicəsi olaraq iki qrupa ayırmaq olar.Klassik xərçəng müalicəsinin lazımı qədər nəticə verməməsinə görə bir çox ölkələrdə Alternativ Xərçəng müalicəsi metodundan istifadə olunur.Xərçəng müalicə metodlarını aşağıdakı qruplara ayırmaq olar.

1.Cərrahi Xərçəng Müalicəsi
2.Kimyəvi üsullarla müalicə
3.Radioterapiya
4.Xərçəng müalicəsində bitkilər

Xərçəng xəstəliyi üçün iki qrup risk faktoru vardır.Birinci ,yaşa,cinsiyyətə və ailə genlərinə bağlı olan faktorlardır.İkinci qrup risk faktorlarını aşağıdakılara bölmək olar:

  • Siqaret və spirtli içkilərin qəbulu
  • Uzun müddət və təhlükəli saatlarda günəş altında qalmaq
  • Həddindən artıq rentgen şüasına məruz qalmaq
  • Bəzi kimyəvi maddələr (qətran,benzin,rəngləyici maddələr və s)
  • Bəzi viruslar
  • Hava çirkliliyi
  • Radiasiyaya məruz qalmaq
  • Normal qidalanmamaq


Xərçəng xəstəliyinin aşagıdakı əlamətləri ola bilər.

  • Döşlərin vəya bədənin hər hansı bir yerində əmələ gələn şiş və sərtliklər
  • Sağalmayan yaralar
  • Uzun müddət səsin tutulması və öskürək
  • Udqunmaqda çətinlik çəkmək və həzmin pisləşməsi
  • Zigillərdə əmələ gələn böyümə,qanaxma, rəng dəyişkənliyi,yara
  • Böyük və kiçik tualet zamanı baş verən dəyişikliklər

Tez-tez rast gəlinən xərçəng tipləri:

  • Mədə xərçəngi
  • Prostat xərçəngi
  • Döş xərçəngi
  • Ağciyər xərçəngi
  • Yoğun bağırsaq xərçəngi

Mənbə. kayzen.az