Çərəzlərin isladılması faydalıdır

Tərkibindəki zəhərli və zərərli maddələri aradan qaldırmaq və ya azaltmaq üçün həmçinin faydalarının artırmaq və orqanizm tərəfindən daha asan və rahat həzm edilib faydalarından yararlanmaq üçün qabığından təmizlənmiş qoz-fındığı, müxtəlif tumları və toxumları islatmaq məsləhət görülür. Faydalı maddələrlə zəngin olan bu ərzaqların müəyyən vaxt ərzində suda saxlanılması onları sanki “dirildir” və cücərməyə başlamağa sövq edir. İslatma prosesi zamanı zərərli və zəhərli maddələrdən təmizləməsi ilə yanaşı qoz-fındıq, tum və toxumların tərkibi daha da zənginləşir.

Məsələn, bir sıra vitaminlərin xüsusən B qrupu vitaminlərinin miqdarı artır. Həmçinin bu formada müvafiq ərzaqları qəbul edən bədəndə faydalı enzimlərin istehsalı artır, mövcud olan zülalların sovrulması güclənir, mineral çatışmamazlığın qarşısı alınır, bağırsaqların təmizlənməsi prosesi baş verir, bir sıra sağlamlıq problemləri və xəstəliklərin profilaktikası prosesi güclənir, bədəndə susuzlaşmanın qarşısını alınır. 

Üstəlik isladılmış qoz-fındıq, tum və toxumlar daha sütül və daha dadlıdırlar, mövsümdən asılı olmayaraq sanki, bu saatca ağacdan dərilib və ya bağ-bostandan gətirilib. İslatmanı 7-24 saat ərzində müxtəlif cür məhlullarda etmək olar:
adi soyuq suda
ilıq suda
duzlu suda
limonlu suda.

Nələri islatmaq olar?
Sərt qabığ təmizlənmiş, çiy halda (qovrulmamış) istənilən ləpəni: qoz, badam, fındıq, püstə, kəşyu, yer fındığı, şabalıq və s. Sərt qabığ təmizlənmiş, çiy halda (qovrulmamış) istənilən tumları: balqabaq, günəbaxan və s. Sərt qabığ təmizlənmiş, çiy halda (qovrulmamış) istənilən toxumları: razyana, keşniş, kətan, çia, küncüt və s.

Müəllif: Səltənət Zülfüqarova

Mənbə. kayzen.az