“Bismillah”ı niyə demək lazımdır?

Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir. “Bismillah” deməmiş sözünə başlayır. Bu zaman stuldan yerə yıxılır və başı yarılır. Qan axmağa başlayır.

İmam Əli (ə) buyurur: “Bilirsənmi ki, Peyğəmbər (s) mənə Allah Təala tərəfindən olan belə bir hədis demişdir: “O iş ki, Allahın adı orada zikr olunmaz – əbtərdir, yəni aqibəti xeyirli deyildir”.

Abdullah deyir: “Ata və anam sənə fəda olsun, bir daha Bismillahı tərk etməyəcəyəm”.

Həzrət (ə) buyurur: “Bu zaman bəhrə apararsan”.

Abdullah deyir: “Ya Əmirəl-möminin! “Bismilləhir-Rahmənir-Rahim”in təfsiri nədir?”.

Həzrət (ə) buyurur: “Bəndə Quran oxuyan zaman və ya hansısa iş görmək istəyən zaman bu adı deyərsə, yəni o deməkdir ki, bu adın bərəkətinə görə həmin işi yerinə yetirir.

O işin ki, başlanğıcı “Bismilləhir-Rahmənir-Rahim” olar – o iş mübarək olar”. (İslami saytlara istinadən)

 

Mənbə. /Deyerler.org/