İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?

 

 

Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, İmam Zaman ağaya (ə.f) ilk beyət edən kəs Cəbrayil (ə) olacaqdır. Allahın bu yaxın mələyi İmamın əlini öpəcək və onunla beyət edəcəkdir.

Mufəzzəl ibn Ömər İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “O zaman ki, Allah Həzrət Qaimə (ə.f) qiyam üçün izacə verəcəkdir, Həzrət minbərə çıxacaqdır. İnsanları özünə tərəf dəvət edəcək və Allaha and içəcək və onları öz haqqına çağıracaqdır. Onlarla Peyğəmbərin (s) sünnəti ilə rəftar edəcəkdir. Bu zaman Allah Cəbrayili (ə) göndərər ki, onun yanına getsin. Cəbrayil (ə) Hicri-İsmayilda onun yanına gələr və deyər: “İnsanları nəyə çağırırsan?”. Həzrət Qaim (ə.f) öz dəvətini ona xəbər verər. Cəbrayil (ə) deyər: “Mən ilk kəsəm ki, sənə beyət edirəm. Beyət üçün əlini aç”. Əlini Həzrətin (ə.f) əlinə qoyar və 310-dan çox insan onun yanına gələr və ona beyət edərlər. Məkkədə qalarlar o zamana qədər ki, tərəfdaşlarının sayı on min nəfərə çatar. Sonra oradan Mədinəyə yollanarlar”. (Tebyan)

Başqa bir hədisdə oxuyuruq ki, Həzrət Qaim (ə.f) Kəbə evinə söykənəcək və Həzrət Musa (ə) kimi əlini uzadacaqdır. Bu zaman buyuracaqdır: “Bu, Allahın əlidir və Allah tərəfindəndir. Allahın əmri ilə uzadılmışdır”. Sonra bu ayəni tilavət edəcəkdir: “Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir”. (“Fəth” 10). Həzrətin (ə.f) əlini öpən ilk kəs Cəbrayil (ə) olacaqdır. O, Həzrətə (ə.f) beyət edəcəkdir. Onun arxasınca mələklər, cinlərin nəcibləri və Həzrətin (ə.f) naibləri beyət edəcəklər”.

 

Mənbə. /Deyerler.org/