İstanbul boğazından yeriyərək keçən ixtiraçı: Atilla Hülagü

O, Da Vinçinin su üstündə yerimək üçün hazırladığı ayaqqabı sxemlərindən ilhamlanmışdı. Buna görə də ideyanı gerçəkləşdirməyi qərara alır. Bir fikir vardı ağlında – boğazı yeriyərək keçmək.

Tam 2 il boyunca diqqətli şəkildə hazırlaşdı

Çünki, fizika qanunlarına uyğun ayaqqabıları dizayn etmək çox çətin idi. Elə bu səbəbdən üç fizika qanununa uyğun bir nümunə hazırladı. Təbii ki, bu nümunədə Arximedin formulları da əsas götürülmüşdü.

Plan hazırlanıb tamamlandıqdan sonra növbə ayaqqabını hazırlamağa gəlmişdi. Ayaqqabı üçün 90 kvadrat metr qalay, 50 qram lehim, iki ədəd əl ölçüsündə bez parçası, 3 metr kauçuk, 1 kvadrat metr alüminium lövhə tələb olunurdu. Bunun üçün bir iş adamına müraciət edir və istədiyi 150 santimetr uzunluğunda ayaqqabı hazırlanır.

Ayaqqabıları təhvil aldıqdan sonra isə hərbi məktəblərədən birinin hovuzunda məşqlərə başlayır.

Hesablamaları doğru olsa da suyun üzərində yerimək çox çətin idi. Bu testlər zamanı boğazın hansı hissəsinə qədər gələ biləcəyini dəqiqləşdirmək üçün 7 dəfə hesbalama işləri aparır. Bu vaxt boğazın ən dar yerinin 740 metr olduğunu hesablayır, fəqət xəritəyə görə bu 2 000 metr idi.

Hülagünün ilk iki sınağı uğursuzluqla nəticələnir. Belə ki, su axını onun yolunu kəsmiş və hərəkətinə mane olmuşdu. Növbəti cəhdi zamanı isə onlarla kişinin izlədiyi Balta limanından yola çıxır. Bu səfər axıntı hesablaması doğru çıxır, şimala yönəlir və 2 200 metrlik marşrutunun sonunda Kiçiksuya çatır.

Təəccüblü izləyici kütləsinin qarşısında, o, 56 dəqiqədə 4452 addım yol getmişdi. Bu dünyada bir ilk idi, hansı ki, ilk dəfə bir insan su üzərində yeriyərək böyük məsafə qət etmişdi. 1961-ci ildə Atilla Hülagü dünya tarixində su üzərində yeriyən ilk insan kimi tarixə düşməyi bacarmış və Da Vinçinin ideyasını gerçəkliyə qovuşdurmuşdu.

Bundan sonra Atilla Hülagü öz ideyasını orduya dəniz piyadalarının istifadəsi üçün təklif etsə də o qədər maraqla qarşılnamamışdı. Növbəti hədəfi Cəbəllüttariq boğazı idi və buranı 30 354 addımla, 6.5 saata aşa biləcəyini düşünürdü. Amma bu arzusunu gerçəkləşdirmək ona nəsib olmur, çünki 1982-ci ildə vəfat edir.

Mənbə. Bildirchin.az