Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

Zayn Malikin haqqında qısa məlumat

12 dekabr müğənni Zayn Malikin doğum günüdür. Bu münasibətlə onun haqqında 12 faktı sizinlə paylaşırıq.

  • 1993-cü il təvəllüdlü ulduzun anası Tricia Brannan Malik ingiltərəli atası Yaser isə isə pakistanlıdır. Zayn ailənin tək uşağı deyil onun 3 bacısı var.

  • Onun soyadı ərəb dilindən tərcümədə “kral”, adı isə “yaraşıqlı” deməkdir.

  • Zaynın ulduzu X-factor yarışmasında parlamışdır. Qalib olmasa da o, münsiflərdən birinin qəlbini fəth etmişdi. Daha sonra münsif qrup yaratmaq fikrinə gəlmiş və Zayna qrupun üzvü olmağı təklif etmişdir.

  • Zayn qaranlıqdan, sudan və hündürlükdən qorxur.

  • Sevdiyi kitab J. K. Rowlingin “Harry Potter” kitabıdır.

  • Zayn müsəlmandır və Quran oxumağı sevir.

  • Müğənnilik karyerasından əvvəl o, ingilis dili müəllimi olmaq istəyirdi.

  • Zayn siqaret aludəçisidir. Və bu pis vərdişdən qurtula bilmir.

  • Ən sevdiyi yeməklər toyuq yeməkləridir.

  • Ən sevdiyi rəng isə qara.

  • Zayn yemək bişirməyi də çox sevir. Xüsusilə piroq hazırlamağı.

  • Musiqi Zaynın yeganə maraq dairəsi deyil, o həm də rəsm çəkməyi çox sevir.

 

Mənbə.  bildirchin.az

Bir Cevap Yazın

Your email address will not be published.