Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

Donald Tramp haqqında bilmədiklərimiz

O, bütün dünyaya səs-küy saldı. Kimisə sevindirdi, kimisə qəzəbləndirdi – heç kim biganə qalmadı!

  • 1946-cı il təvəllüdlü Donald Tramp 70 yaşında ABŞ-ın prezidenti seçilməklə, dünyanın ən yaşlı prezidenti rekorduna imza atmışdır.
  • Uşaq ikən çox aktiv və bir o qədər də dəcəl olduğu üçün valideynlər Donaldı Nyu-Yorkun hərbi akademiyasında təhsil almağa göndərmişdir. Tramp oranı heç sevmədiyini, ancaq nizam-intizama riayət etməyi məhz orada öyrəndiyini etiraf etmişdir.
  • Donald olduqca sadiq adamdır. Yox, həyat yoldaşlarına deyil, saç düzümünə. O, bu saç düzümündən məktəbdə məzun olduğu gündən bəri istifadə edir.

  • Trampın heç bir pis vərdişi yoxdur. O, nə içki, nə siqaret, nə də qəhvəni sevmir, ancaq prezident şirniyyata qarşı qoya bilmir. Bundan əlavə Tramp gün ərzində cəmi 3-4 saat yatmağı vərdiş edib.
  • Cənab prezident vasvasıdır. O, əl verib görüşməyi heç sevmir. Bunun üçün Trampın cibindən hər zaman nəm salfet olur. Görüşdükdən dərhal sonra qarşı tərəfinin gözü qarşısında əlini silməsi onun üçün problem deyil.
  • ABŞ-ın prezident tennis oyununun həvəskarıdır.

 

  • Trampın 5 övladı və 8 nəvəsi var. Onun bütün övladları uğurlu iş adamlarıdır.
  • Donald 3-cü evliliyini yaşayır. İlk evliliyi 31 yaşında, slavyan model İvana Zelniçakova, 2-ci evliliyi isə 47 yaşında, slavyan aktrisa Marla Meypls ilə olmuşdur. Hazırda isə Tramp artıq 11 ildir ki, Melaniya Tramp ilə evlidir.

 

  • Cənab prezident sui-qəsd nəzəriyyəsinə inanır. O, peyvəndlərin körpələrdə autizm xəstəliyinə yoluxdurduğunu düşünür.  Qlobal istiləşmənin isə inkar edir.
  • Trampın var-dövləti 4 milyard dollar dəyərində qiymətləndirilir.

 

Mənbə. bildirchin.az

Bir Cevap Yazın

Your email address will not be published.