Cənubi Koreya filmlərindən tövsiyələr

Son illərdə Cənubi Koreya filmləri orijinal qurğu və maraqlı hekayələri ilə izləyicilərin diqqətini özünə çəkə bilib. Sizə ən çox baxılan, maraqla qarşılanan filmləri təqdim edirik.

Oldboy

Bu film Cənubi Koreya filmləri arasında ən məşhuru hesab olunur. 2013-cü ildə çəkilən yeni versiyası Hollywood istehsalıdır, ancaq sizə orijinalını izləməyi tövsiyə edirik. İntiqam filmi olaraq təqdim edilən “Oldboy” bir çox mükafata layiq görülmüşdür. Film sona qədər tamaşaçını maraqda saxlayır.

Train to Busan

Siyahımızın ən maraqlı, həyəcanverici filmlərindən biri məhz bu filmdir. Bu qorxu filmi sizi ən son saniyəsinə qədər həyəcan yaşadacaq. Film qorxulu olması ilə yanaşı həm də çox təsirlidir. Cənubi Koreyaya insanları vəhşiyə çevirən virus yayılır. Seuldan Busana gedən qatardakı insanlar sağ qalmaq və virusa yoluxmamaq üçün çalışırlar. Onların bu səyləri nə dərəcədə effektiv olacaq? Filmi izləyərkən bu suala cavab tapa biləcəksiniz.

Spring, Summer, Fall, Winter… and Spring

Adıçəkilən film dini görüşlər və həyat haqqındadır. Müxtəlif mükafatlar qazanmış bu film gölün ortasında yerləşən bir buddist monastrında yaşlı keşişin kiçik şagirdinə həyatın mənasını öyrətməsini mövsümlər üzərindən göstərir. Fərqli ssenarisi, izah forması, quruluşu ilə izləyənlərə hüzur bəxş edəcək, eyni zamanda dram filmi olaraq baxılması lazım olan bir ekran işidir.

Castaway On The Moon

Kimin adası, Hollywood filmi olan və baş rolda Tom Hanksın yer aldığı Castaway filmi ilə eyni olan filmdir. Sağ qalmaq mücadiləsi mövzusunda filmlər sevənlər mütləq izləməlidirlər. Kim adlı şəxsin intihar etmək üçün özünü Han çayına atması və ayılanda bilinməyən bir adada olduğunu bilməsi ilə başlayan filmə baxan zaman bir neçə duyğunu eyni vaxtda yaşayacaqsınız.

My Sassy Girl

Bir az da əyləncəli filmlərdən bəhs edək… Romantik, komediya janrında My Sassy Girl filmi eyni adlı Hollywood filmi ilə oxşardır. Hətta izlədikdən sonra bir çox filmə də ilham mənbəyi olduğunu düşünəcəksiniz. Kyun-woo adlı gəncin evə qayıdarkən metro stansiyasında sərxoş bir qızla rastlaşmağı ilə başlayan film tərzinə görə sizi daha da cəlb edəcək.

The Beauty Inside

Fərqli mövzusu ilə diqqət çəkən filmin çox uzun və mənasız yerə uzadıldığını düşünmək olar, mövzu ilə maraqlananların izləməyini tövsiyə edirik. Woo-Jin adlı gənc hər səhər oyananda fərqli insana çevirilməsini və bu dəyişimin içərisində Yi-Soo adlı bir qadına aşiq olur. Filmdə romantika və dram yer alıb.

Mənbə. bildirchin.az