Pianinoya qulluq.

Çox gözəl pianinom var idi. Rastov-Don. Rəngi digər pianoların rəngi kimi tünd şabalıdı deyildi, əksinə açıq sarı, bej və kök rənglərin 3-də bir yerdə toplanmış və laklanmış halda idi. Yuxarı hissəsində kənarlarında da bej rəngdə incə bir naxış da var idi. Pianomla fəxr edirdim, onu elə çox sevirdim ki… Mənə o pianinonu aldıqları vaxt mən orta məktəbdə, bəlkə də 2-ci sinifdə oxuyardım. Çox keçmədi ki, valideynlərim məni musiqi məktəbinə də yazdırdılar. 7 illik təhsil alacaqdım. Hardasa musiqi təhsilimin 2-ci ilindəydim, deməzdim ki, çox uğurlu bir şagird idim, iki əllə eyni vaxtda işləməyə çətinlik çəkirdim. Bir əlimlə çaldığım zaman digərində akkordu tutmaq bəzən mənə çox çətin gəlirdi. 

Çox çalışırdım, amma, sonralar isə bu işə nədənsə bir az da həvəssiz yanaşmağa başladım. Mən istəyirdim ki, tez-bazar çalmağı öyrənim, bildiyimiz mahnılardan çalım, buna görə də qonşunun, hansısa çalmağı bilən tanışın öyrətdiyi mahnıları çalmağa daha meylliydim, nəinki sonata, etüd və s. musiqilərə. Bunu anlamırdım. Yəqin ki, musiqinin bu sahəsinə elə də həvəs bəsləmirdim. Buna görə də 3 illik təhsildən sonra daha getmək istəmədim. Amma, pianinomu çox sevirdim…çox.

Lakin təəssüf ki, elə  bir vaxt gəldi ki,köçmək məcburiyyətində qaldıq və o pianonun özümüzlə aparmaq mümkün olmadığından onu satmaq qərarına gəldik. Satdıq da. Mənim pianinomu alıb, Bakıdan düz Naxçıvana apardılar.  Dördüncü mərtəbədən, onun dalıyca baxa-baxa qalmışdım. Hələ gizlində ağlamışdım da. Atam sonra mənə sintezator almışdı, amma onun yerini vermir, verməz də.

Bu alət çox gözəl alətdir. Hərçənd ki, bir vaxtlar buna elə də çalmağa həvəs bəsləməsəm də, bu alətdə ifa olunan musiqiləri dinləməyi çox sevirəm. Hələ royal..aləmdir, aləm.

Bir pianino gördüyümdə ürəyim axır… istəyirəım ki, kimin ki, pianinosu var, ona yaxşı baxsın və onu uzun ömürlü saxlaya bilsin. Buna görə pianinoya edilməli olan qulluq barəsində söz açmaq istərdim.

Hər şeyə olduğu kimi musiqi alətlərinə də qulluğu əsirgəməmliyik. Əks halda musiqi alətləri də xarab ola bilər. Bu isə bizə heç lazım deyil. Digər alətlərdə olduğu ki, pianinonun da zahiri görünüşü və musiqi keyfiyyətlərini saxlamaq üçün ona daim qulluq etməliyik. Hər halda nəyəsə sevgi bəsləyiriksə, onu hər şeydən qorumalıyıq, elə deyilmi?!

Hər şeyə olduğu kimi musiqi alətlərinə də qulluğu əsirgəməmliyik. Əks halda musiqi alətləri də xarab ola bilər. Bu isə bizə heç lazım deyil. deyil. Digər alətlərdə olduğu ki, pianinonun da zahiri görünüşü və musiqi keyfiyyətlərini saxlamaq üçün ona daim qulluq etməliyik. Hər halda nəyəsə sevgi bəsləyiriksə, onu hər şeydən qorumalıyıq, elə deyilmi?!

Nəmişlik pianonun düşmənidir. Bu aləti otağın daxili divarının yanına qoymaq lazımdır və həm də ki divarla alət arasında ən azı 10 sm yer qalmalıdır ki, nəmişlik pianomuzu xarab eləməsin.  Əks halda tellər pas atır, toxmaqcıqlar da nəm çəkir. Belə olan halda da tellərə dəyəndə onlar boğuq səs çıxarırlar. Onu vaxtında nəmişlikdən qorumalıyıq, yoxsa, bu nöqsanı sonradan aradan qaldırmaq çətin olur. Pianinomuzu qızdırıcı cihazlardan, pəncərə və qapılardan da aralı qoymaq məsləhətlidir.

Deyilənə görə yumşaq mebel, ağır pərdə və xalçalar səsi udurmuş. Bu səbəbdən də alətin altına xalça salmaq məqsədə uyğun deyil. Eləcə də ağır pərdələrdən, yumşaq mebeldən də kənar qoyulması məsləhətdir.

Yəqin ki, naftalinlər hər birinizə tanış olar.  Biz bilməsək də bunun nə olduğunu valideynlərimiz çox yaxşı bilərlər. Belə ki, yoğan, döşəklərə, xalçalara xətər yetirən həmin o güvə pianinoya da ziyan vurur.
Bunun qarşısını almaq üçün, pianonun içində mane olmayan bir yerdən naftalin torbaları asmaq olar. Amma onları ildə iki dəfə onları dəyişməliyik. 
Pianinomuz ildə bir dəfə sazlanmalıdır. Yoxsa diləri korlana bilər. Həm də pianonun dillərini vaxtaşırı nəm əski ilə silmək və dərhal qurulamaq lazımdır. 

Bəzən elə olur ki, pedaldan cırıltı gəlir. Bu zaman onun aşağı qapağını açırıq, ordan yığılmış tozu ehmalca kənar edirik və əllə pedala basmaqla müəyyən etməliyik ki,  cırıldayan onun harasıdır. Bunu bildikdən sonra isə həmin yerə vazelin sürtə bilərik.

Qaynaq. kayzen.az