Ən qorxulu kvestin qalibinə 20 min dollar veriləcək — Sağ qalsa

Dünyanın ən qorxulu kvestini bütün qaydalara riayət edərək keçən şəxsə 20 min dollar veriləcək.

Bu barədə kvestin müəllifi Rass Makkeymi bildirir.

ABŞ-ın Tennesi ştatında yerləşən “Ruhlu malikanənin” sahibi (ekstremal attraksionun adı – red.) qeyd edib ki, hələ heç kim bu vahiməli evdə bircə gecə də olsa qala bilməyib.

Kvestin tematikasından asılı olaraq, ekstrim sevənlər hörümçək, ruh və ya bədheybətlərlə qarşılaşa bilərlər. Bunların da hamısı o dərəcədə canlı görünür ki, çoxları oradan isterikada çıxır.

Kvestdə iştirak etmək istəyənlər 21 yaşdan yuxarı olmalı, 40 səhifəlik müqavilə imzalamalı, psixoloq və narkoloqdan arayış gətirməli, eləcə də videotestdən keçməlidirlər.

Eyni zamanda, qışqırmaq, söyüş söymək, gizlənmək, rekvizit və aktyorlara toxunmaq olmaz. Qaydaların heç olmasa biri də pozulduğu halda, iştirakçı 20 min dollarlıq mükafatdan məhrum olur.

Xoşbəxtlikdən, girişin dəyəri Makkkeymin vahiməli evini qoruyan beş it üçün bir torba yeməkdir.

Mənbə. Ölkə.Az