Yer üzərində həyatın əmələ gəlməsi mübahisəsi

Canlı və cansız arasında fərq həyatın bu mahiyyəti hələ qədim zamanlardan insanları düşündürmüş, min illər ərzində dinlə elm, materializm ilə idealizm arasında həmişə mübarizə getmişdir.
Idealistlər ilahi qüvvə tərəfindən yazıldığını söyləyirlər onlar söyləyirlərdilər ki, həyatın qeyri-maddi başlanğıcı olan can, ruh təşkil edir.
Materialist isə dünya görüşünə görə həyat materiyanın varlıq, hərəkət forması olub, fəzada yerdəyişməsi deyil, həm də onda gedən dəyişikliklərin, inkişafını və mürəkkəbliyin məcmusu kimi başa düşülür. Materialistlərə görə canlı və cansız arasında uçurum yoxdur. Həm canlılar, həm də cansızlar materiyanın mövcudluğunun müxtəlif formalarıdır.
Həyat anlayışı – Biologiya elminin inkişafı canlılar və cansızlar arasında kəskin sərhəddin olmadığını müəyyən etdi. Hələ qədimdən həyatın canlılarla cansızları fərqləndirən cəhətini tapmaq. Ona dəfələrlə tərif verilsə də bu həyat anlayışını tam əks etdirmir. Belə təriflər içərisində özünə nisbətən yer tutan F.Engels və M.V.Volkenşteynin həyata verdiyi təriflərdir. F.Engels həyata belə bir tərif vermişdir. Həyat zülallardan ibarət cisimlərin yaşama üsuludur. Həmin cisimlər kimyəvi tərkibinin və hissələrinin daim özü özünə yeniləşməsindən ibarətdir. Engelsin bu tərifi 2 hissədən təşkil olunmuşdur. Birinci hissə canlıların cansızlardan fərqli olaraq zülalardan təşkil olunması, 2-ci hissədə isə zülalların yaşama üsulu-maddələr mübadiləsini göstərir.

Həyatın müasir tərifi isə M.V.Volkenşteynə məxsusdur. M.V.Volkenşteyn həyata belə tərif vermişdir. “Yer üzərində yaşayan bütün canlı varlıqlar zülallar və niklein turşularından ibarət biopolimerlərdən qurulmuş özünütörədən və tənzimləyən açıq sistemdir”.  Açıq sistem dedikdə ətraf mühitlə daim maddələr və enerji mübadiləsi aparan sistem nəzərdə tutulur. Yer üzərində həyatən yaranması haqqında bir şox fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrin düzgünlüyünü sübuta yetirmək üçün bir şox cəhdlər edilsə də, onların hamısı həyatın canlı və cansızlardan yaranması tərəfdarı kimi 2 qrupa ayrılır. Həyatın cansızlardan yaranmasını iddia edənlər balığın lildən, qurdların torpaqdan, milçəklərin çirkdən əmələ gəlməsi fərziyyəsini irəli sürmüşdür. 1661-ci ildə italyan bioloqu F.Redi canlıların cansızlardan əmələ gəlməsi fərziyyəsinə qarşı çıxaraq öz təcrübəsinin nəticəsini elan etdi. O,8 qaba ət qoyaraq 4-nün ağzını açıq, 4-nün isə ağzını tənziflə bağladı. Açıq qabda qurdların əmələ gəlməsinə istinad edərək, canlı orqanizmlərin cansızlardan əmələ gəlməsini inkar etdi. Lakin buna baxmayaraq bir çox alimlər bu fikrə qarşı çıxırdılar.

Həyatın özü-özünə yaranmasının mümkünlüyü haqda mübahisəyə son qoymaq Paris Akademiyası 1860-cı ildə xüsusi mükafat təyin etdi. 3 il sonra 1863-cü ildə bu mükafatı L.Paster aldı. O, bir ədəd kolba götürdü. S şəkilli şüşə borunu kolbaya əlavə edərək təcrübəni davam etdi. Kolbada mikroorqanizmlərin inkişafı üçün lazım olan qidalı mühit yaratdı və qaynatdı. Bura şüşə borudan sərbəst  surətdə hava girirdi. Bakteriyalar borunun əyri olan hissəsində çökdüyü üçün qidalı mühitdə çürümə baş vermədi və uzun müddət dəyişilmədi. Kolbadakı mayeni şüşənin dar boğazına toxundurduqda məhlulda tez bir zamanda çürümə getdi. Paster bu təcrübəsi ilə sübut etdi ki, canlı elə canlıdan yaranır.
Bəzi alimlər yer üzərində həyatın başqa planetlərdə gətirilməsi fərziyyəsini irəli sürdülər. Bu fikrə kimyaçı S.Arrenius və V.İ.Vernadski də tərəfdar olmuşdur. Arreniusa görə Yer və planetlər bir-birindən təcrid olmamışdır. Buna görə də həyatın rüşeymi kosmik fəzada işığın təsiri ilə başqa planetə sürətlə ötürülür. Bu fərziyyənin düzgünlüyü şübhə altındadır. Çünki canlı orqanizmlər yerə gəlib çatana qədər radiasiyaya məruz qalırlar, həmçinin atmosferin yuxarı qatlarında yanmalı idilər. Buna görə bu fikir qəbul edilmir.

Yerin formalaşması

Elmi tədqiqatlara görə Günəş sistemi əvvəllər sərbəst atomlar şəklində qaz dumanlarından ibarət olmuşdur. Atomların dumanlıqların mərkəzinə toplanması nəticəsində Günəş, mərkəzdən ayrılan sıx topalardan isə planetlə, onların peykləri formalaşmışdır. Məlumatlara görə yerin yaşı 4.5 milyard ilə çatır. Yeri əmələ gətirən qaz buludları fırlandıqca ağır metallar, xüsusən də dəmir atomları onun mərkəzinə toplanmışdır. Sonralar isə dəmir, silisium və alüminium kimi atomlar birləşib, Yerin üst qatını – Yer qabığını əmələ gətirdi. Daha yüngül atomlar isə atmosferi əmələ gətirdi. Atmosferin tərkibini N, O, H, C kimi elementlər təşkil etmişlər. Bu elementlərdən yalnız H atomu digər N, O, C atomu ilə reaksiyaya girmək qabiliyyətinə malikdir.
Ilk atmosferi təşkil edən elementlər H və O-nin qarşılıqlı təsirindən su (H2O), N-la birləşməsindən ammonyak (NH3), C-la birləşməsindən metan (CH4) yarandı. Bundan əlavə yerdə hidrogen sianid (HCN), karbon qazı (CO2), həmçinin H atomlarının birləşməsindən H molekulu (H2) yarandı.
Yerə intensiv təsir edən günəşin ultrabənövşəyi şüaları quruda həyatın inkişafını qeyri-mümkün edirdi. Su bu şüaları uda bildiyi üçün həyat suda mümkün idi. Fotosintez prosesində yaranmış oksigenin quruda ionlaşdırıcı şüaların təsirindən ozona çevrilməsi ultrabənövşəyi şüaların təsiri xeyli azaltdı. Nəticədə quruda həyat üçün əlverişli şərait yarandı.

Yerin inkişaf tarixini 5 eraya bölmüşdür.
1.Arxey erası          2.Proterozoy erası            3.Paleozoy
4.Mezozoy erası     5.Kaynezoy erası
Yerin ilk erası arxey erasıdır. Arxey erası ən qədim eradır. 3.5 milyard il əvvəl başlamış və təxminən 1 mlrd il davam etmişdir. Ilk canlı orqanizmin bu erada meydana gəlməsi güman edilir. Onlar okeanda yaşayan, oradakı üzvi maddələrlə qidalanan hetrotroflardır. Fotosintezin yaranması Yerdə həyatın yaranmasına şərait yaratdı və üzvi aləmi bitki və heyvanlar aləminə böldü. Ilk fotosintezedici orqanizmlər yaşıl və qırmızı bakteriyalar və sianobakteriyalar (göy-yaşıl yosun) oldu. Arxey və Proterozoy erasının sərhəddində cinsiyyətli proses və çoxhüceyrəlilik kimi 2 təkamül hadisəsi meydana gəldi. Cinsiyyətli proses xromosomlarda saysız-hesabsız kombinasiyalar yaradaraq ətraf mühitə uyğunlaşmanı artırdı. Bu zaman haploid xromosom yığımına malik orqanizmlərdə (sianobakteriyalar) baş verən irsi dəyişkənlik özünü biruzə verdi. Bu zaman faydalı mutasiyalar təbii seçmə yolu ilə saxlandı, əlverişsizləri isə kənarlaşdı. Birhüceyrəli eukariotlarda diploidin və genetik müxtəlifliyin yaranması koloniyaların yaranmasına səbəb oldu. Koloniyada halında yaşayan hüceyrələrin bölünməsi sonrakı eralarda ilkin toxumaların yaranmasına səbəb oldu. Toxumaların diferensasiyası orqanizmlərin struktur və funksional imkanlarını artırdı. Nəticədə isə mürəkkəb quruluşlu orqanlar meydana gəldi. Hüceyrələr 

ÜZVİ  ALƏMİN TƏKAMÜLÜ


eralar
DÖVRLƏR (davam etmə müddəti min illər)İLK MEYDANA GƏLƏN BİTKİLƏR VƏ DİGƏR ORQANİZMLƏRİLK MEYDANA GƏLƏN HEYVANLARNƏSLİ KƏSİLMİŞ BİTKİ VƏ HEYVANLAR
  KAYNOZOY
(yeni həyat), yaşı-62-70 min il, davam etmə müddəti – 60-70 min il
Antropogen  1,5-2Mədəni bitkilərİnsanın meydana gəlməsiİri məməlilər (mamontlar, mağara ayısı və şiri, buynuzsuz kəngərdən, qılıncdişli pələng)
Neogen
24,0-24,5
Müasir örtülü toxumlularİri məməlilər və insana-bənzər meymunlar Lrio-piteklər, avstralopiteklərNəhəng sürünənlər, baş-ayaqlı mollyusklar, kisəli və yumurtaqoyan məməli-lərin bəzi qruqları
Paleogen 41Qədim örtülü toxumlularDəniz məməliləri, dırnaqlı məməlilər, ibtidai mey-munlar, quyruqlu lemurlarQədim məməlilər, baş-ayaqlı mollyusklar, (belemnitlər)
 MEZOZOY
(orta həyat), yaşı-240mln il, davam edən müddəti- 173 min il
Təbaşir 70İlk örtülü toxumlularMüasir quşlar, plasentalı məməlilər və həşəratyeyənlərçılpaqtoxumlular, qıjıların bəzi qrupları, baş-ayaqlı mollyusklar (ammonitlər)
Yura 58 Müasir suda-quruda yaşayanlar, müasir sürü-nənlər və dişli quşlarQədim çılpaqtoxumlular, toxumlu  qıjılar, qədim qığırdaqlı balıqlar
Trias 45Müasir çılpaqtoxumlularƏsl sümüklü balıqlar, dinozavrlar, yumurtaqoyan kisəli məməlilərQədim zirehli balıqlar
  PALEOZOY
(qədim həyat), yaşı 570 min il, davam etmə müddəti 330 min il
Perm 45Qədim çılpaqtoxumlularYırtıcıdişli və otyeyən sürünənələrTrilobitlər, steqosefallar
Daş kömür 55-75Toxumlu qıjılar (İlk çılpaqtoxum-lular) qalıqlarına həm də Devonda rast gəlinirQanadlı həşəratlar, akulalar, ilk sürünənlərQədim qıjıkimilər, qatır-quyruğular, plaunlar, pəncəüzgəcli və zirehli balıqların bəzi qrupları
Devon 70-50Mamırlar, qıjılar, plaunlar, qatır-quyruğular və əsl göbələklərİkitənənffüslü və  pəncəüzgəcli balıqlar, çənəli zirehli balıqlar, steqosefallar   (ilk suda-quruda yaşayanlar)Psilofitlər, mollyusklar, kökayaqlılar, mərcan poliplərinin əksər növləri
Silur 30PsilofitlərHörümçəkkimilər(əqrəbər), qanadsız həşəratlar, zirehli balıqların bəzi növləri 
Ordovik 60 kembri ola bilsin ki,  70İri çoxhüceyrəli yosunlarİlk çənəsiz zirehli balıqlarYosunların bir çox növləri
PROTEROZOY (ilk həyat), yaşı 2,6 mlrd. il davam etmə müddəti-2mlrd il  Yaşıl və qırmızı yosunlarSüngərlər, bağırsaqboşluq-ular, yastı qurdlar, mollyusklar, dərisitikanlılar, buğumayaq-lılar, kəlləsiz xordalılar 
Arxey yaşı-3,5 mlrd. il davam etmə müddəti-
1 mlrd il
 Göy-yaşıl yosunlar və bakteriyalar İbtidailər 

Cədvəl 12. Yer üzərində həyatın inkişaf tarixi

arasında sinir və humoral sistemli qarşılıqlı əlaqənin daha da təkmilləşməsi çoxhüceyrəli orqanizmlərin əmələgəlməsinə səbəb oldu. Arxey erasından sonra gələn 2-ci era Proterezoy erası oldu. Inkişaf tarixinə görə ən uzun era hesab olunur. Təxminən 2mlrd il davam etmişdir. Bu dəniz və quru sahələrin dəyişməsinə səbəb oldu. Bir çox mikroorqanizmlər belə dəyişikliyə dözməyib məhv oldu. Protezoy erasında bakteriyalar və sianobakteriyalar sürətli inkişaf etməyə başladı. Bu orqanizmlərin suyun dibinə çökməsi nəticəsində çökmə qatı meydana gəldi. Proterezoy erasında bir çox yataqlar, dəmir bakteriyalarının fəaliyyəti nəticəsində dəmir, yosun və ibtidailərin skeletindən əhəng yataqları meydana gəldi. Sianobakteriyaların hökmranlığı zəiflədi. Eukariot yosun və bakteriyaların hökmranlığı ilə əvəz olundu. Proterezoy erasında çoxhüceyrəli yosunlar yarandı. Bitkilərlə yanaşı heyvanların əksəriyyəti çoxhüceyrədən ibarət oldu. Dənizdə ibtidai quruluşlu heyvanlarla yanaşı iki tərəfli simmetriya və aktiv hərəkətli heyvanlar meydana gəldi. Onların arasında yastı və həlqəvi qurdlar var idi. Proterezoyun axırında buğumayaqlıların qədim nümayəndələri xərçəng-əqrəblər meydana gəldi. Arxey və proterezoyda canlı orqanizmlər yer qabığını dəyişərək biosferin üst qatını əmələ gətirdi.
Proterezoy erasından sonra gələn 3-cü era paleozoy erasıdır. Paleozoy erasında da proterezoy erasında olduğu kimi dağ əmələ gəlmə prosesi davam etmişdir. Nəticədə isə quru və su sərhədləri dəyişildi. Heyvan və bitki növlərinin bir çoxu məhv oldu. Məhv olmuş bitki və heyvan qalıqları dənizin dibinə çökmüşdür. Dənizin dibinin qalxması nəticəsində bu balıqlar Yer səthinə çıxaraq dağ süxurları əmələ gəlmişdir. Paleozoyun əvvəlində heyvanlarda üzvi və mineral maddələrdən təşkil olunmuş xarici skelet yarandı. Paleozoy erasının 6 dövrü vardır.
1.Kembri – Bu dövrdə iqlim mülayim olmuşdur, materiklə geniş düzənliklərdən ibarət olmuşdür. Dəniz sahələri müasir dəniz sahələrindən çox olmuşdur. Demək olar ki, bütün Avropanı əhatə etmişdir. Kembridə bir çox tiplərin nümayəndələri yaşayırdı. Bu dövrdə süngərlər, məryəmqurdlarını xatırladan trilobitlər çox yayıldı.
2.Ordovik – Bu dövrdə mərcan poliplərinin fəaliyyəti nəticəsində mərcan qayaları yarandı. Bitkilərdən yaşıl, qonur, qırmızı yosunlar, heyvanlardan qarınayaqlı və başayaqlı molyusklar yarandı. Ilk zirehli balıqlar yaranmağa başladı. 
3. Silur – Bu dövrdə güclü dağəmələ gəlmə prosesləri nəticəsində ordovikin isti və dayaz sulu dənizləri quru sahələrlə əvəz olundu. Atmosferdə ozon qatının yaranması nəticəsində bitkilər sudan çıxaraq yer səthinə yayıldı. Ali sporlu bitkilərin quruda inkişafı başladı. Silurda ilk quru bitkilər yarandı. Silur dövründə onurğasızlardan dərisitikanlıların yeni nümayəndələri meydana gəldi.
Dənizlərdə zirehli balıqlar artmağa başladı. Bu balıqların yalnız bir burun dəliyi, tək üzgəci və qığırdaqdan ibarət daxili skeleti var idi. Silurda həmçinin torpaqda çoxlu miqdarda üzvi maddələrin toplanması hetrotrofla qidalanan göbələklərin meydana gəlməsinə səbəb oldu. Silurun sonu Devonun əvvəlində heyvanların quruya çıxması başlandı. Sudan quruya çıxanlar hörümçəkkimilər oldu.
4.Devon-Bu dövrdə bəzi yerlərdə buzlaqlar yarandı. Daha isti yerlərdə isə iqlim quraqlıqlaşdı, səhralar və yarımsəhralar yarandı. Devonda quruda nəhəng qıjılar, qatırquyruğukimilər meydana gəldi. Quruya çıxan buğumayaqlılara çoxayaqlılara və ilk həşəratlara başlanğıc verdi. Devon dövründə zirehli balıqlardan əsl balıqların müxtəlif nümayəndələri meydana gəldi. Devonun axırında bu balıqlar quru mühitinə çıxaraq ilk quruda yaşayan suda-quruda yaşayanlara başlanğıc verdilər.
Daş kömür-havanın nəzərəçarpacaq dərəcədə istiləşməsi nəticəsində hündürlüyü 40m-ə çatan ağacşəkilli qıjılar meydana gəldi. Lakin daş kömürün axırında iqlim quruması və soyuması baş verdi. Bununla əlaqədar olaraq qıjılar məhv oldu. Onların qalıqlarından indiki daş kömür yataqları yarandı.
Daş kömür dövründə dənizlərdə həyat devonkindən fərqlənməsi də quruda ilk qanadlı həşəratlar, ilk sürünənlər meydana gəldi.
Perm-Bu dövrdə iqlim quruması və soyuması ilə nəticələndi. Qıjıkimilər çılpaqtoxumlularla əvəz olundu. Əlverişsiz quru iqlim suda-quruda yaşayanların–steqosefalların tədricən aradan çıxması ilə nəticələndi. Daş kömür dövründə əmələ gələn sürünənlər Permdə inkişaf etməyə başladı. Beləliklə permdə çoxhüceyrəli bitkilər və heyvanlar quru mühitini tutdular. Quru mühitinə uyğunlaşma ilə əlaqədar olaraq bitki və heyvanlarda bu mühitdə uyğunlaşmağa imkan verən bir sıra dəyişiklik yarandı. Məs: çılpaqtoxumlularda toxum borusunun yaranması mayalanma prosesinin sudan asılılğı azaltdı. Sürünənlərdə bədən dərisinin qurumasının qarşısını almaq üçün dəri üzərindən pulcuq əmələ gəldi. Ağ ciyər tənəffüsü mürəkkəbləşdi ki, bu da dəri tənəffüsünün itməsinə səbəb oldu. Sürünənlərdə quru mühitində mayalanmanı təmin edən daxili mayalanma yarandı. Nəticədə quruda sürətlə yayılmağa başladılar.
Paleozoy erasından sonrakı era Mezozoy erasıdır. Bu erada həyat daha da inkişaf etməyə başladı. Quru səhralar çoxalmağa başladı. Mezozoy erasını 3 dövrə bölürlər.
1.Trias                   2.Yura                    3.Tabaşir     
Trias. Bu dövrdə iqlim sərtləşməyə başladı. Daxili su hövzələrinin azalması və quru sahələrin artması inkişafları su mühitində olan quru orqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaratdı. Onların əvəzinə çılpaqtoxumlular, heyvanlardan sürünənlər inkişaf etməyə başladı. Trias dövründən bizim dövrə gəlib çıxanlar tısbağalar, timsahlar və hatteriya kərtənkələsidir. Bu dövrdə bitkilərlə qidalanan quru heyvanları, yırtıcı dinozavrlar və sümüklü balıqlar meydana gəldi.
Ətraf mühitin temperaturunun aşağı düşməsi sürünənlərdə mübadilə prosesinin zəifləməsinə və belə şəraitdə onların süst vəziyyətdə qalmasına səbəb oldu. Triasda istiqanlıların ilk nümayəndələri olan yumurtaqoyanlar, triasın axırında isə kisəli məməlilər meydana gəldi.
Yura dövrü-isti sulu dənizlər genişlənməyə baladı. Dənizlərdə ixtiozavrlarla yanaşı, iri gövdəli, ilanabənzər boyuna malik pleziozavrlar meydana gəldi. Pleziozavrlar sahilə yaxın ərazlərin dayaz suları, ixtiozavrlar isə açıq dənizlərdə qidalanır. Quruda sürünənlər hava mühitini tutmağa başladı. Həşəratlarla qidalanan uçan kələz meydana gəldi. Bu dövrdə uçan kələzlə yanaşı, həm sürünənlərin, həm də quşların əlamətini daşıyan dişli quş arxeopterikslər meydana gəldi.
Tabaşir-dəniz çöküntülərində çökmüş tabaşirin yaranması ilə səciyyələnir. Tabaşir canaqla ibtidai heyvanların, xüsusən foraminiferlərin qalıqlarından əmələ gəlmişdir. Bu dövrdə havaların soyuması baş verdi.  Bu dövrdə proqressiv quruluşlu örtülü toxumlular meydana gəldi. Örtülü toxumlularda çoxalma orqanı çiçək əmələ gəldi. Çiçəklərdə həşəratları cəlb edən rəng, qoxu və nektarın olması həşəratla çarpaz tozlanmanın meydana gəlməsi ilə nəticələndi. Iqlimin soyuması ilə əlaqədar olaraq dəniz kələzi-ixtiozavrlar məhv oldu. Bununla yanaşı sürünənlərin yeni formaları yarandı. Quruda ot yeyən dinozavrların qidasını təşkil edən rütubərsevən bitkilərin azalması bu heyvanların azalmasına gətirib çıxartdı. Bu dövrdə sürünənlər də məv oldular. Tısbağalar, timsahlar, hatteriyalar qaldı. Iqlimin soyuması ilə əlaqədar istiqanlı heyvanlar artmağa başladı ki, onların da hökmranlığı kaynozoy erasına düşdü. Bu dövrdə dişli quşlar daha çox yayılmışdır. Bununla yanaşı  müasir quşlar da yaranmağa başladı. Bədən temperaturunun qeyri sabit olması yumurta qoymaqla çoxalma sürünənləri ətraf mühitdən asılı saldı.
Təbaşirin 2-ci yarısında plasentalı ali məməlilər meydana gəldi dölün ana bətnində inkişafı, plasenta ilə qidalanma, diribala doğma, nəsil qayğısına qalma, istiqanlılıq kimi əlamətlər məməlilərin tərəqqisini tərənnüm etdi. Belə əlamətlər heyvanların ətraf mühitdən asılılığını azaldır, onların qeyri-sabit həyat şəraitinə uyğunlaşmasına səbəb olur.
Axırıncı era Kaynezoy erasıdır. Bu erada çiçəkli bitkilər, həşəratlar, məməlilər daha geniş yayıldı. Bu era hazırda da davam edir və 3 dövrə bölünür.
1.Paleogen
2.Neogen
3. Antropogen
Paleogen-Kaynezoy erasının əvvəlində dağəmələgəlmə prosesi sona çatır. Müasir dövrdə olan qitələr və dənizlər yarandı. Mülayim iqlim şəraiti bitkilərin yayılmasına səbəb oldu. Örtülü toxumlu bitkilər həm su, həm də quru mühitinə yayıldı. Bu erada havaların soyuması başladı ki, bu da yarpağını tökən bir çox ağacların meydana gəlməsinə səbəb oldu. Həmişəyaşıl meşələrin əksəriyyəti yarpaqlarını tökən meşələrlə əvəz olundu. Bir çox meşələr isə otlu çöllərlə əvəz olundu. Kaynezoy erasında sürünənlər istiqanlı, sabit bədən temperaturuna malik məməlilərlə əvəz olundu. Məməlilər bütün sahələri tutmağa başladılar. Paleogendə məməlilər 3 yarımsinifdən – ilkməməlilər, kisəlilər və plasentalılardan ibarət idi. Hələ Trias dövründə yaranan yumurta qoyan məməlilər, təkmilləşmiş plasentalı məməlilər tərəfindən bir çox qitələrdən sıxışdırıldı. Paleogendə quşlar həm hava mühitini, həm də quru sahələrini tutdu, ali məməlilər (kürəkayaqlılar və balinakimilər) dənizləri tutmağa başladılar.  Paleogendə primatlar dəstəsinin ilk formaları lemurlar, əsl meymunlar, sonra ilk insanabənzər meymunlar (parapiteklər) meydana gəldi.
Neogen – iqlimin daha quru və soyuq olması tropik meşələrin savannalarla əvəz olması ilə nəticələndi. Belə şəraitdə otyeyən bitkilərin qidasını təşkil edən dənli bitkilər yayılmağa başladı. Məməlilərdən-yırtıcılar, balinakimilər, dırnaqlı heyvanlar, həşaratyeyənlər inkişaf etdi. Neogendə meymunların insan cinsinə başlanğıc verən avstralopiteklər yarandı.
Antropogen-Bu dövr şərti olaraq 2 hissəyə ayrılır-pleistosen və qolosene Neogenin axırı  antropogenin əvvəlində havalar soyumağa başlandı və bir çox sahələrdə buz örtüyü əmələ gəldi. Buzlaqlar yaranan yerlərdə bütün canlılar məhv oldu.
Buzlaqların ətəyində arktik floranın başlanğıcını qoyan cırtdan bitkilər, buzlaqların gəlib çatmadığı yerlərdə soyuğadavamlı iynəyarpaqlılar və yarpaqlarını tökən ağaclar salamat qaldılar. Beləliklə, soyuğadavamlı bitkilər əmələ gəldi. Lənkəran təbii vilayətində və Xəzər dənizinin sahillərində buzlaqlar çatmadığı yerlərdə bəzi bitkilər (dəmir ağacı) həmin dövrdə qalmışdır. Iqlimin soyuq keçməsi məməlilərin-mamontların, tük örtüyünə amlik kərkədanların, nəhəng maralların yaranmasına səbəb oldu. Buzlaq olan yerlərdə mənfi temperaturun olması buz kütlələrinin yaranmasına səbəb oldu ki, bu da dünya okeanlarının səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Şimali Amerika ilə Şimali Avropa arasında quru körpü yarandı ki, bu da heyvan və bitkilərin bir qitədən o birisinə keçməsinə səbəb oldu. Avstraliya ilə Avropa arasında quru körpünün olmaması buradakı kisəlilər və kloakalılar kimi ibtidai məməlilərin qalmasına səbəb oldu. Digər materiklərdə ali məməlilər tərəfindən sıxışdırıldı. Qolosenin əvvəlində iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əridi. Bir çox məməlilər-mamontlar, kərkədanlar, mağara ayıları məhv oldular. Onların nəslinin kəsilməsi təkcə iqlim şəraiti ilə deyil, həm də insanlar tərəfindən məhv edilmişdir.
Antropogendə bitki və heyvanlar aləmi formalaşdı. Insan cinsi meydana gəldi. Antropogen hazırki dövrdə davam edir.  

Dünyanın tarixi 1 dəqiqə ərzində

Mənbə. Kayzen.az