Morze haqqında bildiklərimiz və bilmədiklərimiz

Samuel Finli Briz Morze 27 aprel 1791-ci ildə Amerikanın Çarlztaun(Massaçusets ştatı) şəhərində moizəçi Cedid Morzenin ailəsində anadan olmuşdur.1805 -ci ildə o, Yel Universitetinə (Yale University) daxil olmuşdur. 1811-ci ildə Samüel, Vaşinqton Olstondan  təsviri incəsənəti öyrənmək üçün Avropaya gedir.

Gənc Samüelin rəssamlıq istedadı çox ümidverici idi.1813-cü ildə o, London Krallığının  bədii incəsənət akademiyasına “Herkules ölüm ayağında” əsərini təqdim edir və qızıl medala layiq görülür.

1815 -ci ildə Samüel gənc amerika rəssamlarının lideri və kumiri olur.1825-ci ildə o, Nyu-Yorkda rəssamlar cəmiyyətini yaradır və onun prezidenti olur.

1829-cu ildə isə rəsm məktəblərinin yaradılması yollarını öyrənmək üçün yenidən Avropaya gedir.

1832-ci il oktyabrın 1-də yelkənli gəmi “Salli”  Havrdan-Nyu-Yorka yola düşür.Təsadüfən bu gəmidə məşhur həkim ,narkozun ixtiraçısı Çarlz Cekson da öz sınaq-fokusunu nümayiş etdirirdi: qalvanik elementə birləşdirilmiş naqili kompasa yaxınlaşdırdıqda onun əqrəbi hərəkətə gəlirdi. Samüel də diqqətlə bu təcrübəni izləyirdi.

Samüelin müşahidə etdiyi bu təcrübə onu çox düşündürdü.O naqillərlə  elektrik qığılcımlarının  ötürülməsini, siqnalların ötürülməsi ilə əlaqələndirən bir sistem düşünür.evə qayıdan zaman bir ay ərzində Morze  bir neçə çertyoj işləyir.Növbəti üç ilini isə   qardaşı Raçardın evinin çardağında çertyojlara əsasən düzəltmək istədiyi cihaza həsr edir.lakin nəticə ürəkaçan olmur.

1835-ci ildə o, Yeni açılmış Nyu-York Universitetində  rəssamlıq üzrə professor vəzifəsinə təyin olunur, və orada 1837-ci ildə öz ixtirasını nümayiş etdirir.Siqnal 1700 fut uzunluqda naqillə ötürürlür.

Amerikanın böyük müəssisə sahiblərindən biri Stiv Veyl Morzenin işləri ilə maraqlanır və ona öz gələcək işlərini davam etmək üçün  2 min dollar bağışlamaq istədiyini bildirir.lakin bu şərtlə ki, onun oğlu Alfred Veyli özünə köməkçi götürsün.Morze ilə Veylin birliyi məhsuldar olur.

NƏhayət, ilk məlumat yəni müasir dillə desək sms 27 may 1844-cü ildə  Vaşinqtondan Baltimora göndərilir.Məlumatın mətni isə belə idi: “Tanrım, sənin işlərin möcüzəlidir” Məlumatın göndərilməsi üçün rus alimi Yakobi tərəfindən kəşf edilmiş açardan, qəbulu üçünsə elektromaqnitdən istifadə olunmuşdur hansı ki, onun lövbəri mürəkkəbli peronun kağız üzərində hərərkətini idarə edirdi.Yaratdığı teleqraf aparatını mükəmməlləşdirmək yolunda Morze 1838-ci ildə teleqraf əlifbasını-kod”u ixtira etdi.Həmin kod indiki istifadə olunan koddan müəyyən qədər fərqli idi.Bir çox tədqiqatçılar isə belə hesab edir ki, onun müəllifi Alfred Veyl olmuşdur.
Qeyd etmək lazımdır ki, əvvəlki “Morze kodu”  indikindən çox fərqli idi.
Birincisi -orada üç müxtəlif uzunluqda işarələrdən (nöqtə, tire və uzun tire) istifadə olunurdu.
ikincisi – Bəzi simvollar öz kodları daxilində pauzalara malik di.
Həmçinin müasir və köhnə cədvəldəki kodlar yalnız hərflərin yarısına uyğun gəlir və heç bir rəqəmə uyğun gəlmir.
Morze əlifbasının müasir variantı 1939-cu ildə formalaşır.Maraqlıdır ki, hələ XX əsrin 60-cı illərinin ortalarınadək  Morze kodunun ilkin variantı bəzi dəmiryolu stansiyalarında istifadə olunurdu.
Samüel Morze 1872-ci il aprel ayının 2-də vəfat edir.

Bu  da Morzenin  hərf,  rəqəm  və işarə kodları:

Mənbə. kayzen.az

Bir cevap yazın

Your email address will not be published.